Davos 2026 - qlobal qarşıdurma kölgəsində Bakının "Orta Güc" manifesti

Dünya liderləri və biznes elitası Davos səfəri üçün son hazırlıqlarını həyata keçirir. Bir tərəfdən təşkilatçılar forumun qüsursuz keçirilməsi üçün səy göstərir, digər tərəfdən isə dünya liderlərinin protokol xidməti Davosda öz liderlərinin gündəliyini hazırlayır.

2025-ci ildə gərginləşən geosiyasi vəziyyət 2026-cı ilin əvvəlindən özünün yeni mərhələsinə qədəm qoydu. Bu ilki Davos öz qonaqlarını "Əməkdaşlıq ruhu" devizi ətrafında birləşdirməyə çalışır. Ancaq əməkdaşlığa davammı, yoxsa əməkdaşlıq artıq Davos forumu üçün xoş bir keçmişmi olacaq?- sualı aktualdır.

Ötən dönəmlərdə dünyada sabitlik, iqtisadi inkişaf və qarşılıqlı investisiya üçün iqtisadi əməkdaşlıq vacib hesab edilirdi. Ancaq artıq ölkələrin bir-birinə sıx iqtisadi inteqrasiyası güclülər tərəfindən bir silah olaraq istifadə edilməkdədir. Xüsusilə 2025-ci ildə iqtisadi alətlərin silah kimi istifadə edilməsi daha çox aktuallaşdı.

Qarşıdurmalar dünya üçün əsas risk təşkil edəcək

2026-cı il Davos forumu öncəsi açıqlanan "Global Risks Report 2026" hesabatı da onu göstərir ki, dünya ölkələri əməkdaşlıqdan uzaqlaşaraq qlobal qarşıdurmalara davam edəcəklər və yaxın 2 il ərzində bu qarşıdurma dərinləşəcək. Hesabat 2026-cı ili, yaxın 2 ili və uzunmüddətli 10 ili əhatə edən riskləri əks etdirir.
 

Hesabata əsasən, gələcək 10 il dünya üçün kifayət qədər fırtınalı və gərgin keçəcək. Yaxın iki il ərzində geosiyasi qarşıdurmaların davam etməsi və bunun təsiri ilə dövlətlər arasında silahlı qarşıdurmalar dünya üçün əsas risk olaraq qalacaq. Eyni zamanda, dezinformasiya da artıq qlobal risk kimi gündəlikdədir. Yalnız 2 ildən sonra geosiyasi gərginliklərin səngiməsi ilə dünyanın gələcəyi üçün əhəmiyyətli olan qlobal iqlim dəyişikliyi və ekoloji problemlər ön plana çıxması gözlənilir.


Hesabat onu göstərir ki, bu günə qədər sabitlik üçün əsas olan iqtisadi əməkdaşlıq tədricən qlobal olaraq silaha çevrilməkdədir. Yeni mərhələdə milli maraqların qorunması və strateji çeviklik daha vacib hala gəlir. Bu gün perspektiv kimi görünən süni intellekt həlləri yaxın gələcəkdə əsas risk mənbəyinə çevriləcək. Beləliklə, hər keçən gün ənənəvi təhdidlər yeniləri ilə əvəz edilir ki, bu da dövlətləri və cəmiyyətləri daim ayıq-sayıq olmağa vadar edir.

ABŞ-ÇİN-Avropa üçbucağı -kim nə təklif edir ?

Bu hesabat onu göstərir ki, yaxın günlərdə Davosda başlayacaq diskussiyalar Şərq-Qərb arasında kifayət qədər gərgin keçəcək. Builki foruma ABŞ Prezidenti çox böyük rəsmi heyətlə, Çin Baş nazirinin müavininin rəhbərlik etdiyi heyətlə, Almaniya isə yeni Federal Kanslerlə qatılacaq.
 

Artıq indidən aydındır ki, rəsmi toplantı salonları ilə yanaşı, Davosda yaradılan və ABŞ müstəqillik bəyannaməsinin 250 illiyini nümayiş etdirən "USA House" dünya liderlərinin əsas ziyarət məkanı olacaq. Vaşinqton bu forumda heç şübhəsiz ABŞ-ın tək mərkəz olaraq geri döndüyünü elan edəcək. Bizimlə olmayan qarşımızda olar və zərər görər!- mesajını çatdıracaq. Beləliklə, son dönəmə qədər qlobal əməkdaşlığın müdafiəçisi olan ölkə artıq çoxtərəfli deyil, ikitərəfli masaları seçim edir ki, bu da ümumilikdə liberal dəyərlər üzərində formalaşdırılan iqtisadi sistemin gərginliyini və risklərə həssaslığını artırır.


Paralel olaraq Pekin Davosda Çin iqtisadiyyatının dayanıqlığını nümayiş etdirmək və konfrontasiyaya getmədən Avropa-Çin əməkdaşlığının Avrasiya məkanı üçün həyati əhəmiyyətli olduğunu nümayiş etdirəcək. Eyni zamanda, Çin rəsmiləri bağlı qapılar arxasında avropalı tərəfdaşlarını qarşılıqlı güzəştlərlə ortaq maraqlar ətrafında uzlaşdırmağa çalışacaqlar. Bir sözlə, Çin gərginləşən geosiyasi mühitdə Avropa məkanının anti-Pekin əhval-ruhiyyəsini yumşaltmaq üçün Davosda əməli səy göstərəcək.

Diqqət mərkəzində olacaq digər ölkə isə Almaniya olacaq. Almaniyanın yeni Federal Kansleri Fridrix Merts üçün Davos ilk qlobal iqtisadi platformadır. Ona görə yeni hökumət Almaniyanın Avropanın əsas flaqmanı olduğunu nümayiş etdirmək və qlobal ticarətə Berlindən olan baxışlarını açıqlamaq üçün önəmlidir.

Azərbaycanın “Orta güc” manifesti

Azərbaycan da yeni dönəmdə Davos platformasında Prezident İlham Əliyev səviyyəsində təmsil ediləcək. Azərbaycan 2026-cı il forumunun devizinə sadiq qalacaq. Əməkdaşlıq ruhuna uyğun olaraq rəsmi Bakı özünü Şərq-Qərb arasında ən etibarlı körpü, həm Qərblə, həm də Qlobal Cənubla anlaşmağı bacaran aktor kimi təqdim edəcək.

Belə ki, ötən ilin avqustunda baş tutan Vaşinqton zirvəsindən sonra rəsmi Bakı bu platformada tam yeni simada təmsil ediləcək. Bu arada onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev tək Azərbaycanı deyil, bütöv Qafqaz məkanı adına Davosda olacaq.Belə ki,  Dünya İqtisadi Forumunun rəsmi saytında Gürcüstanın ali səviyyədə qatılmasına dair qeyd yoxdur, Ermənistan isə prezident səviyyəsində təmsil ediləcək. Nəzərə alsaq ki, Ermənistanda əsas söz sahibi Baş nazirdir, bu o deməkdir ki, Ermənistanla istənilən müzakirə sadəcə diskussiya xarakteri daşıyacaq. Ona görə, Cənubi Qafqazla söhbət etmək istəyən Prezident İlham Əliyevlə danışacaq.
 

Azərbaycan Davosa kifayət qədər zəngin portfellə gedir. Belə ki, əgər ötən illərdə Azərbaycan yaşıl enerji ilə bağlı niyyətlə çıxış edirdisə, artıq rəsmi Bakı Avropaya yaşıl enerji təklif edir. Bu günlərdə xarici investisiya ilə icra edilən yaşıl enerji layihəsi dövriyyəyə daxil oldu. Bu artıq yeni layihələrə investisiya cəlbi üçün də yaxşı nümunədir. Rəsmi Bakı həm enerjinin satışı, həm də yeni mənbələrin yaradılması üçün tərəfdaşlarla açıq müzakirə aparacaq.


Yaşıl enerji isə mavi yanacaq layihələrini kölgədə qoymur. Avropa öz mavi yanacaq ehtiyaclarını qarşılamaq üçün rəsmi Bakı ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir. Xüsusilə bu il Çexiya və Avstriyanın Azərbaycan qazı almağa başlaması ilə xəbərlər mövcuddur bu rəsmi Bakını vazkeçilməz tərəfdaş edir. Artan tələbat infrastrukturun genişləndirilməsini vacibd edir ki, bunun üçün də Avropa alacağı qaza öncədən investisiya etməyə hazır olmalıdır. Bu məsələ də Davosda Azərbaycan heyətinin masasında olacaq.

Bu tip forumlar çoxtərəfli müzakirələrlə yanaşı, ikitərəfli müzakirələr üçün də yaxşı platforma hesab edilir. Ötən illərin nümunəsi də göstərir ki, Prezident İlham Əliyevin Davos gündəliyi kifayət qədər məhsuldar olur. Builki gündəliyin isə ötən ildəkilərlə müqayisədə daha zəngin olacağını proqnozlaşdırmaq olar.
 

Davosda əsas təmaslardan biri böyük ehtimal Azərbaycan Prezidenti ilə Almaniya Kansleri arasında baş tutacaq. Belə ki, ötən ilin sonlarında iki ölkə liderinin isti telefon danışığı baş tutub və tərəflər qarşılıqlı rəsmi səfər etməklə bağlı razılaşıblar. Böyük ehtimalla Davos çərçivəsində görüşüb ilkin olaraq gündəliyi müəyyən edəcəklər ki, diplomatlar bu gündəlik əsasında liderlərin qarşılıqlı səfər proqramı üzərində işləsin.


Prezident İlham Əliyevin Davos gündəliyində Ukrayna və Suriya tərəfi ilə də görüşləri gözləmək olar. Azərbaycan Ukrayna ilə münasibətlərinə xüsusi önəm verir və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycan Prezidenti Ukraynaya humanitar yardımların göstərilməsinə göstəriş verib. Eyni zamanda Azərbaycan investisiyası Ukraynanın müxtəlif sektorlarına yatırılıb ki, bu da post-müharibə dövründə rəsmi Bakının Ukraynanın həm sürətli bərpasında Azərbaycanı maraqlı edir.

Suriyaya gəldikdə isə, bu ölkədə rejim dəyişikliyindən sonra rəsmi Bakı Suriyanın yenidən qurulması və sabitliyinin təmin edilməsinə öz dəstəyini açıq şəkildə göstərən ilk ölkələrdən biri oldu. Davos Forumunda Suriyanın keçid hökumətinin başçısının iştirakını nəzərə alaraq ehtimal etmək olar ki, tərəflər yeni layihələrin müzakirəsini həyata keçirəcəklər.

Rusiya və İran ətrafında münasibətlərin gərginləşməsi və hər keçən gün hərarətin artması logistika üçün Şimal və Cənub marşrutlarını fəaliyyətsiz edir. Alternativ olaraq yalnız Azərbaycan üzərindən keçən Orta Dəhliz qalır. Nəzərə alsaq ki, yaxın 2 il ərzində gərginliklərin artacağı və yeni münaqişə ocaqları proqnozlaşdırılır, o zaman Qərb Bakı ilə logistika sahəsində əməkdaşlığı dərinləşdirmək üçün səylər göstərəcək. Xüsusilə Zəngəzur dəhlizinin reallaşmağa doğru getməsi də yük göndərən və yük qəbul edənləri Azərbaycanla əlaqələri dərinləşdirməyə sövq edir. Azərbaycan üzərindən keçən yol indi yalnız iqtisadi baxımdan deyil, həm də təchizatın təhlükəsizliyi baxımından aktuallıq qazanmaqdadır.

Bütün bunlar isə imkan verir ki, Azərbaycan Davosda özünü "Orta Güc" kimi uğurla təqdim etsin və bu statusunu möhkəmləndirsin.

Beləliklə, Davos-2026 forumu dünya üçün aktual və narahatedici problemləri həll etməyəcək və mövcud gərginlikləri yumşaltmayacaq. Ancaq bu forum dünyanın hərarətini ölçmək və dünyanın üzərinə düşən duman və çəndə öz yolunu düzgün müəyyən etmək üçün imkan verəcək.

Aqil Familoğlu, Politoloq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Dörd gün maqnit qasırğası olacaq - TARİXLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

End of content

No more pages to load

RADİO