Ödəniş edirsən, amma cərimə gəlir: "Azparking"in ABSURD QAYDASI

Azərbaycanda "Azparking" xidmətindən istifadə edən sürücülər maraqlı və bir o qədər də absurd hesab edilən problemlə üz-üzə qalıblar.

Belə ki, vətəndaş parklanma üçün lazımi vəsaiti ödəsə də, müəyyən müddət sonra heç bir qaydanı pozmadığı halda cərimə tətbiq edilir. Bu hal daha çox avtomobilini uzunmüddətli - 24 saatlıq parklanma müddətinin tamam olmasından sonra müşahidə edilir.

Bizim.Media xəbər verir ki, “Modern.az” sürücüləri narahat edən mövzu ilə bağlı "Azparking" xidmətinin idarəçiliyini həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxlayıb. Qurum faktı təsdiqləyərək cərimələrin yaranma səbəbi olaraq xidmətin mobil tətbiqinin iş prinsipini əsas göstərib.

“İstənilən halda parklanma statusu 24 saatın sonunda dayandırılır. Axşam saat 22:00-dan səhər saat 7:00-a qədər parklanma xidmətinə ödəniş tələb olunmur. Bazar günləri üçün də ödəniş nəzərdə tutulmayıb.
 

Saat 7:00-dan sonra müştəri parklanmanı tətbiqdə aktiv etmirsə, cərimə avtomatik olaraq yaranır. Lakin sistemin avtomatik aktivləşməsi zamanı ödənişsiz müddət üçün cərimə yazılmır. İstənilən halda parklanmanı sürücü özü aktiv etməlidir. Proqram isə müəyyən olunan qaydalar daxilində və təyin olunan zamanlarda sürücünün öncədən tənzimləmədiyi halda özü xidməti deaktiv edir.


Lakin “Azparking” park yerini tutulmuş hesab etdiyi üçün cərimə tətbiqinə başladılır. Parklanma xidmətinin ödənişləri kamera görüntüsünə görə qərarlaşdırılmır. Yalnız mobil tətbiq həlledicidir”.

Bu sistemin iş mexanizmindən aydın olur ki, qanunvericiliyə görə ödənişli parklanma yerlərində müvafiq ödəniş edilmədən parklanmaya görə 20 manat məbləğində cərimə nəzərdə tutulur (İnzibati Xətalar Məcəlləsinin 346-1. maddəsi). Sürücü parklanmanı tətbiq vasitəsilə yenidən aktivləşdirməyi unutduqda, proqram xidməti dayandırsa da, avtomobilin həmin yerdə olması tətbiq tərəfindən "ödənişsiz istifadə" kimi qəbul edilir və dərhal cərimə protokolu tərtib olunur.
 

AYNA xəbərdarlıq edir ki, analoji hallar intensiv xarakter daşıyır və sürücülər hər saat sonu gələn bildirişləri idarə etməklə maliyyə itkisinin qarşısını ala bilərlər. Hazırkı yanaşmaya görə, ödənişdə heç bir güzəşt edilmir və cərimə yalnız qurumun özündən qaynaqlanan texniki nöqsanlar olduqda ləğv edilə bilər.


Sürücülər üçün bu situasiya olduqca narahatdır, çünki sistemin avtomatik dayandırılması vətəndaşı "istəmədən qayda pozan" statusuna salır. Ödəniş etmək niyyətində olan sürücü, sadəcə 24 saatın tamamında tətbiqə daxil olub prosesi yeniləmədiyi üçün cərimələnir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı

İlham Əliyev Kamboca Baş nazirini qarşıladı

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

Azərbaycanda orta aylıq nominal əməkhaqqı ARTDI - İNFOQRAFİKA

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? – AÇIQLANDI

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

Xəzər rayonunda NÖQSANLAR - Vəzifəli şəxslər cəzalandırıldı – FOTO

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Qadınlara qarşı dələduzluq edən “falçı” ilə bağlı QƏRAR

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Poverbank alovlandı, təyyarə təcili eniş etdi - Video

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

Gəncədə baş verən qətlin TƏFƏRRÜATI – FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

İşsiz və pensiya almayan şəxslər üçün də dəfn pulu verilə bilər – YENİ TƏKLİF

Dələduz sahibkar həbs edildi

Dələduz sahibkar həbs edildi

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü

Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

Bu gün "44" bədii filminin təqdimatı baş tutacaq

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

Sənədsiz evlərə necə çıxarış almaq olar? – VİDEO

Tramp Zelenskini əvəzləməyi təklif etdi, Ukrayna isə "çiyinlərini çəkdi"

Tramp Zelenskini əvəzləməyi təklif etdi, Ukrayna isə "çiyinlərini çəkdi"

Telefon ekranındakı yaşıl nöqtə nədir?

Telefon ekranındakı yaşıl nöqtə nədir?

Qışda ilanlar hara yoxa çıxır? Onların gizləndiyi yerlər müəyyən edildi

Qışda ilanlar hara yoxa çıxır? Onların gizləndiyi yerlər müəyyən edildi

Elnur Mustafayevdən ÇAĞIRIŞ: “Məktəblərdə ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalıyıq"

Elnur Mustafayevdən ÇAĞIRIŞ: “Məktəblərdə ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalıyıq"

Biləsuvarda TOYDA bıçaqlanma

Biləsuvarda TOYDA bıçaqlanma

Zaqatalada 14 yaşlı qız dəm qazından boğuldu

Zaqatalada 14 yaşlı qız dəm qazından boğuldu

“Bitcoin”in qiyməti yenidən 83 min dolları ötdü

“Bitcoin”in qiyməti yenidən 83 min dolları ötdü

Mixək çayının yaddaşa faydası

Mixək çayının yaddaşa faydası

Bill Qeytsdən XƏBƏRDARLIQ: 2027-ci ildən başlayaraq...

Bill Qeytsdən XƏBƏRDARLIQ: 2027-ci ildən başlayaraq...

End of content

No more pages to load

RADİO