ChatGPT-dən məsləhət alanlara XƏBƏRDARLIQ

“Hər gün dünyada 40 milyondan artıq insan sağlamlığına görə ChatGPT-yə müraciət edir.
 

Bu müasir insanın psixoloji gərginliyinin, sosial vəziyyətinin, bu və ya digər səbəbdən səhiyyə müəssisələrinə müraciət etmək istəmədiyinin əlamətidir. Əgər insan həkimə yox, süni intellektə müraciət etməyə üstünlük verirsə, bu hal bir neçə təhlükəyə səbəb ola bilər.


Əvvəla həkim qəbuluna düşməyin çətin olması, bəzən maddi durumun yetərsizliyi, müayinə və diaqnostik xətaların baş verməsi hallarının müşahidə olunması süni intellekt vasitəsilə “özünüdiaqnoz” hallarına səbəb olmaqla müəyyən riskləri artırır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib.

O bildirib ki, bir çox insanlar mənəvi tənhalıq hissi ilə yaşayırlar:

“Dərdini bölüşəcək kimsəni tapmırlar, bəzən də elə patoloji hallar olur ki, xəstə öz dərdini açıb-ağartmaq istəmir, utanır və yaxud izah edə bilmir. Belə hallar da kütləvi xarakter daşımaqdadır.
 

Əgər insan sağlamlığını insana deyil, süni intellektin alqoritminə etibar edirsə, unutmasın ki, ciddi yanlışa yol verir. Bu həm səhv özümüalicəyə gətirib çıxarır, həm də insanın iradəsinin zəifləməsinə, əqli inkişafının tormozlanmasına səbəb ola bilər. ChatGPT yalnız məlumat verə, yönləndirə və izah edə bilər. Amma onun obyektiv müayinə etmə, yanaşı gedən patologiyaları səciyyələndirmə, “habitus”dan diqqəti yönəltmə imkanı yoxdur.


Analiz etmir, palpasiya etmir, perkussiya etmir, auskultasiya etmir, nəbz- təzyiqə baxmır, görünən selikli qişaların vəziyyətinə, dilin üzərindəki kartinaya baxmır. Belə olduqda isə ciddi yanlışlıqlar fonunda xəstəliklərin diaqnostikasının və düzgün müalicəsinin gecikməsi qaçılmazdır”.

Müsahibimiz bir çox insanın “ChatGPT-dən oxudum, bildim artıq bu yetərlidir” yanaşmasına da münasibət bildirib:

“Əsla belə deyil! Rəqəmsal “hakimiyyət” təhlükəsi tibb sahəsində çox aktualdır. Sözə yox, məntiqə hikmətli olana diqqət yetirmək lazımdır. Yuxarıda göstərilən rəqəm onu deməyə əsas verir ki, insanlar mənəvi yorğunluq içərisindədir, inamını itirib, pulsuz və mühakiməsiz, mükaliməsiz variant axtarırlar.

ChatGPT-yə ünvanlanan tibbi sorğuların statistik göstəricilərinin yüksək olması bəzi psixoloji təhlükələrdən də xəbər verir. Xroniki narahatlıq və sağlamlıq təşvişi (health anxiety) keçirən müasir insan öz bədənini daimi “dinləyir”, ən kiçik əlaməti xəstəlik kimi qavrayır. ChatGPT-yə müraciət narahatlığı azaltmaq üçün ani vasitədir, amma tez-tez oxuma daha çox şübhə, daha çox qorxu və həyəcan yaradır-obsessiv sağlamlıq qorxusu”.

ChatGPT səbəbə yox, nəticəyə baxır

Abbas Bağırov hesab edir ki, ChatGPT -nin həddən çox istifadəsi daxili nəzarət hissinin itirilməsilə yanaşı insanı həkimin müayinəsinə yox, ekranda gördüyü cavaba bağlayır:

“Bu, psixoloji asılılq yaradır. Bəzən ekranda görüntülənən  informasiya depressiv hal, emosional donuqluq yaradır. Belə insanlar həkimə gec gedir. Həkimi inkar etməyə qədər gedib çatır. Əvvəllər insan mühüm işlərini həll etmək üçün insanla məşvərət edirdi. ChatGPT insanın insanla əlaqəsinin kəskin şəkildə zəifləməsinə səbəb olmaqla sosial yardımlaşmanın aradan qalxmasına yol açdı.

Anonim dialoq inteqrasiya proseslərinin cəmiyyətdə zəifləməsi üçün stimul olur. Səhiyyə məsələləri ilə bağlı olan ChatGPT-yə müraciətlərin əsasında bu variantın pulsuz olması, dərhallığı və asan əldə edilə bilənliyidir.

Burada həkim-pasient münasibətinin və sosial etibarın zəifləməsi qabarıq formada özünü büruzə verir.
 

Ümumiyyətlə müasir insanlar  narahatdırlar. Çox hallarda bu nərahatçılıqlar təkliyə və qərarsızlığa, habelə insan faktorunun kənarda saxlanmasına meydan verir. ChatGPT gedən proseslərin səbəbi yox, yaranan psixinevroloji statusun simptomuna qarşı ehtiyacın təzahürü kimi dəyərləndirilməlidir.


Uzun növbələr, xəstə düşüncəsinə görə həkimin xəstəni sona qədər dinləməməsi kimi dəyərləndirilmələr də süni intellektə tələbatı artıran amillər sırasındadır. ChatGPT emosional boşluğu dolduran meyara çevrilib. Qoy insanlarımız şəxsi sağlamlıqları üçün ona müraciət etsinlər. Amma son qərarı təcrübəli həkim verməsə, gecikmiş və ya yanlış diaqnoz, səhv dərman, uyğun olmayan doza hər şeyi gecikdirəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Hər gün yüzlərlə iş yeri bağlanır”

“Hər gün yüzlərlə iş yeri bağlanır”

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Okeanın dərinliklərində 31 yeni dəniz canlısı kəşf edildi - FOTO

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

Ötən gün axtarışda olan 131 nəfər SAXLANILDI

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

SON DƏQİQƏ! Bakı–Naxçıvan aviareysləri LƏĞV EDİLDİ

“15 ildir bizi qürurlandırırsan”

“15 ildir bizi qürurlandırırsan”

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Günəş enerjisi ilə işləyən elektrikli velosiped təqdim olundu

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Azərbaycan şəkər ixracından qazancını KƏSKİN ARTIRIB

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Leyla Əliyeva Dənizkənarı Milli Parkdan VİDEO PAYLAŞDI

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Bu qarabaşaq məhsulunu yemək qadağan edildi

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır – VİDEO

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

"Qarabağ" legioner futbolçusu ilə yollarını ayırdı

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Avropada REKORD İSTİLƏR - Asfalt örtük çatladı, relslər əyildi

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

Hansı kərə yağı daha yaxşıdır? - 72,5%, yoxsa 82,5%?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

İçərişəhərdəki tədbir havaya görə TƏXİRƏ SALINDI

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Nəzarətsiz D vitamini və sink qəbul edən qadınlar risk altında -Endokrinoloqdan XƏBƏRDARLIQ

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Stiven Siqal Rusiyadakı lüks malikanəsini sata bilmir - FOTO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Dərnəgül yolunda dəhşətli hadisə - VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Azərbaycan XİN Cibutini təbrik etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Tramp ABŞ-ın yeni pasportunun dizaynını təqdim etdi – FOTO

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Sağlam və uzunömürlü həyat üçün rasionunuza əlavə etməli olduğunuz beş içki

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

End of content

No more pages to load

RADİO