Azərbaycanda ilk dəfə Dağ xizəyi üzrə Beynəlxalq turnir keçirilir – FOTO

Yanvarın 8-də Azərbaycan Qış İdman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə FİS təqviminə əsasən, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri start götürüb.

Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

Bizim.Media xəbər verir ki, turnirə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal və Özbəkistandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı qatılıb.

Yarışda ölkəmizi Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma təmsil edir.

Turnirin ilk günündə idmançılar Dağ xizəyinin Slalom növündə yarışaraq yüksək nəticə uğrunda mübarizə aparırlar.

Qeyd edək ki, turnir yanvarın 10-a qədər davam edəcək. Növbəti günlərdə idmançılar Slalom və Qiqant Slalom növlərində birincilik uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, ötən ilin may ayında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və “Şahdağ” Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

Əməkdaşlığın əsas məqsədi Azərbaycanın qış idman növləri üzrə dünya səviyyəli yarışların keçirildiyi destinasiya kimi tanıdılması və ölkənin turizm brendinin beynəlxalq arenada genişmiqyaslı tanıtımının təmin edilməsidir. Müqaviləyə əsasən, Azərbaycan 5 il müddətinə FIS tərəfindən təşkil olunan qlobal yarışlarda “Qlobal Destinasiya Tərəfdaşı” qismində çıxış edəcək.

Tərəfdaşlıq müqaviləsinə əsasən cari il martın 14-15-də ilk dəfə olaraq Azərbaycan Moqul üzrə Dünya Kubokunun final mərhələsi ev sahibliyi edəcək.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bakıdakı UFC turniri START götürdü

Bakıdakı UFC turniri START götürdü

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Üç qardaş ölkənin XTQ təlimi başa çatdı - FOTO/VİDEO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

Zelim qızıl, Hidayət bürünc medal QAZANDI - FOTO

End of content

No more pages to load

RADİO