Vasif Talıbov daha bir biznes strukturunu itirdi - Səhmdarlar kimlərdir? - FOTO

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri istefa verdikdən sonra biznes strukturlarını da itirməkdə davam edir. 
 
“Xan”a məxsus ən iri biznes subyektlərindən biri olan “Gəmiqaya Holdinq” onun əlindən çıxandan sonra “Naxçıvanbank” ASC-ni də itirib.
 
“Naxçıvanbank” ASC 2008-ci ildə yaradılıb. Bankın səhmdarları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. ASC-nin rəsmi veb-səhifəsində “Səhmdarlar” bölümündə bankın səhmdarlarının 4 fiziki şəxs olduğu qeyd edilib. Lakin onların adları açıqlanmır. 
 
Bankın illik maliyyə hesabatlarında da səhmdarlar haqqında heç bir məlumat yoxdur. Baxmayaraq ki, bank hesabatlarını Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun tərtib olunduğunu iddia edir. Bu hesabatın tələblərinə görə isə, şirkətin əsas səhmdarlarının adları və payları, eləcə də ona son nəzarət edən tərəfin adı açıqlanmalıdır.
 
Əldə etdiyimiz məlumatlara görə, bankın səhmdarlarından 3-ü Vasif Talıbovun yaxın ətrafına daxildir. Onlardan biri keçmiş sədrin qızı Baharxanım Talıbovadır ki, o, bankın Müşahidə Şurasının üzvü olub. Vasif Talıbov istefa verdikdən sonra Baharxanım Talıbova da “Naxçıvanbank”ın Müşahidə Şurasının üzvlüyündən çıxarılıb. 
 
İkinci şəxs Müşahidə Şurasının digər üzvü Rifat Mahmudovdur. İddialara görə, o da bankın səhmdarlarından biridir. 
 
Rıfat Mahmudov Sədərək Gömrük İdarəsinin rəisi Nicat Mahmudovun qardaşıdır. O, bu posta 2018-ci ildə təyin olunub. 
 
 
Rifat Mahmudov
 
Sədərək Gömrük İdarəsi Vasif Talıbov üçün kifayət qədər əhəmiyyətli postdur. Həmin posta onun yaxın ətrafına daxil olmayan kiminsə təyin edilməsi sadəcə mümkün deyil. Vasif Talıbov uzun illər bu idarəyə nəzarət uğrunda mübarizə aparıb. Mediada da bu barədə kifayət qədər məlumatlar yer alıb. 
 
Bundan başqa, Rıfat Mahmudov haqqında məlumatlarda onun Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat kafedrasının müəllimi olduğu, eyni zamanda Talıbovların biznes strukturlarından olan “Nəqşicahan” şirkətində çalışdığı qeyd edilib. Bu faktlar onun Talıbovlara kifayət qədər yaxın şəxs olduğu barədə ehtimalları artırır. 
 
 
Əsədulla İsgəndərov
 
Məlumatlarda “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərovun da bankın səhmdarlarından olduğu bildirilir. Bu şəxs də Vasif Talıbova yaxın olduğuna görə Müşahidə Şurasının sədri vəzifəsindən uzaqlaşdırılıb. 
 
Beləliklə, Vasif Talıbov faktiki olaraq bu 3 şəxsin hesabına bankda əhəmiyyətli paya sahib olub. Adıçəkilən şəxslərin “Naxçıvanbank” ASC-nin rəhbərliyindən uzaqlaşdırılması isə Vasif Talıbovun artıq bankı itirdiyini deməyə əsas verir. /Qaynarinfo/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

“Sovetski”də meyit aşkarlandı

“Sovetski”də meyit aşkarlandı

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

End of content

No more pages to load

RADİO