Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək – BU TARİXDƏ

Dövlət İmtahan Mərkəzi 5 fevral 2026-cı il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat //epayment.dim.gov.az/ saytında verilib) istifadə etmək olar.

“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

BB vəzifə qrupu üzrə test imtahanı 5 fevral saat 10:00-da kompüter vasitəsilə keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat 5 yanvar 2026-cı il saat 15:00-dan 25 yanvar saat 18:00-dək aparılacaq. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı AB, AC, BA və BB qrupları üzrə 5 fevral saat 16:00-da kompüter vasitəsilə keçiriləcək. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək və namizədlər üçün 920 yer ayrılıb.


Test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 5 yanvar 15:00-dan 25 yanvar saat 18:00-dək həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtmağa MƏCBUR OLDU

Bakıda ət niyə baha satılır? - VİDEO

Bakıda ət niyə baha satılır? - VİDEO

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Milan”ın müdafiəçisi AĞIR ZƏDƏ aldı

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

“Polşa İrana qarşı müharibəyə qoşulmaq niyyətində deyil” – Sikorski

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Çörək seçimində çoxlarının etdiyi səhv – FAYDALI MƏLUMAT

Messi rekordunu yeniləyə bilər

Messi rekordunu yeniləyə bilər

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

İran ABŞ-ı bölgədən çıxarmaq İSTƏYİR: Uzaqmənzilli raketlər üzərində işləyir

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

Sumqayıtda inzibati bina sökülərək yerində yaşayış binası tikilir? - VİDEO

“Real” Kurtua ilə RAZILAŞDI

“Real” Kurtua ilə RAZILAŞDI

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Uzun müddət belə oturmayın – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Toydan sonra mübahisə qanla bitdi - 30 yaşlı kişi BIÇAQLANDI

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

Polşa Avropada Rusiya konsulluqlarının bağlanmasına ÇAĞIRIŞ ETDİ

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

“Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə”

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Bakının bu rayonunda sabah SU OLMAYACAQ

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Zelenski: “Almaniya “Könüllülər koalisiyası”nın görüşünü təşkil etməyə hazırlaşır”

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Qızının ailə qurmağa hazırlaşmasından danışdı - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair VİDEOÇARX paylaşıldı

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

“Mançester Siti”nin qələbəsi gərgin anlarla YADDA QALDI

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Ukrayna ilk dəfə Rusiyaya qarşı öz istehsalı olan ballistik raketdən İSTİFADƏ ETDİ

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

33 ildir itkin oğlunun yolunu gözləyən şəhid anası vəfat etdi - FOTO

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

Dünyanı xilas etmək üçün danışıqlar uğursuz oldu – Alimlərdən EKSPERİMENT

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

"28 May" metrosunun qarşısında kütləvi həbslər – Saxlanılanların sayı 200-ü keçdi?

End of content

No more pages to load

RADİO