Dubaydan uçan təyyarədə ŞOK ANLAR: Azərbaycanlının 77 min dollarını oğurlamaq istədilər

Sinqapurda məhkəmə 26 yaşlı Çin vətəndaşı Liu Minə “Singapore Airlines” reysində başqa bir sərnişinin baqajını oğurlamağa cəhd etdiyinə görə 20 ay azadlıqdan məhrumetmə cəzası verib.

Bizim.Media xarici mediaya istinadla bildirir ki, hadisə Dubay–Sinqapur marşrutu üzrə uçuş zamanı baş verib. Məhkəmənin məlumatına görə, Liu biznes-klass salonuna digər sərnişinlərin qiymətli əşyalarını oğurlamaq niyyəti ilə daxil olub. O, 52 yaşlı Azərbaycan vətəndaşı və onun həyat yoldaşından bir neçə sıra irəlidə oturub.

Şam yeməyindən sonra, salonun işıqları azaldılan zaman Liu azərbaycanlı yatmış sərnişinin yerinə yaxınlaşıb və onun çantasını yuxarı baqaj rəfindən götürüb. Lakin zərərçəkənin həyat yoldaşı oyanaraq bunu görüb. O, stüardessaya müraciət etdikdən sonra Liu çantanı yerinə qaytarıb və guya çantaları səhv saldığını bildirib.
 
Təyyarə Çanqi hava limanına endikdən sonra ekipaj hadisə barədə hava limanı xidmətlərinə məlumat verib və Liu saxlanılıb. Zərərçəkənin çantasında təxminən 77 min ABŞ dolları dəyərində nağd pul və qiymətli əşyalar olub: bunlara noutbuk, bahalı saatlar və siqar kolleksiyası daxildir.

Həmçinin qeyd olunur ki, istintaq zamanı Liu polislərlə əməkdaşlıq etməyib və təsadüfi səhv versiyasında israr edib. Halbuki onun şəxsi çantası zərərçəkənin çantasından açıq şəkildə fərqli imiş. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Moskvadan Brüsselə XƏBƏRDARLIQ: Gərginlik nəzarətdən çıxa bilər

Azərbaycanda evlənə bilməyənlərin çoxu ali təhsillilərdir – Savad artdıqca tələb də artır?

"Sabah" - "Slaviya" matçının heyətləri AÇIQLANDI

Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri vaxtından əvvəl azadlığa buraxıldı

Macarıstan Orban dövründən qalan anti-LGBT qanunlarını LƏĞV ETDİ

“Azad qadın”ın kölgəsində böyüyən cəhalət - Gələcəyimizi hicabla boğmaq TƏHLÜKƏSİ

Moskva xəbərdarlıq etdi: “Siyasi həll olmasa, hərbi yola əl atılacaq”

A Seriyasında daha bir baş məşqçi İSTEFASI

Leyla Əliyevadan “44” filminin təqdimatından PAYLAŞIM - VİDEO

Baş nazir İqtisadi Şuranı topladı - FOTO

Ağ Ev ABŞ-ın Yunanıstandakı səfirindən istefa verməsini TƏLƏB ETDİ

Aİ qapıları Ermənistanın üzünə açılacaqmı? - Mirzoyandan AÇIQLAMA

“Yuventus” Ronaldo ilə bağlı qərardan ŞİKAYƏT ETDİ

Kamboca Krallığının birinci xanımı İçərişəhərdə - FOTO

Niderlandın xarici işlər naziri Azərbaycana SƏFƏR EDƏCƏK

Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara HÖKM OXUNDU

Tramp daha 4 il ABŞ prezidenti olmaq istədiyini AÇIQLADI

Parlamentin növbəti iclasında 12 məsələ müzakirə ediləcək - SİYAHI

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

Laos Prezidentinin Azərbaycana səfərindən yaddaqalan anlar – VİDEO

Dənizə düşən qadın 20 saatdan sonra sağ tapıldı – VİDEO

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycana təşəkkür etdi

Qardaşlıq adı altında DİQTƏ: Anti-Azərbaycan kampaniyası və nurçuluğun İDEOLOJİ TƏHDİDLƏRİ

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

Şavkat Mirziyoyev də Azərbaycana gəlir

End of content

No more pages to load

RADİO