Ramiz Mehdiyev Gültəkin Hacıbəyliyə “xidmətləri” qarşılığında nələr qazandırıb? — Milyonluq evlər, torpaq sahələri…

Vətənə xəyanət ittihamı ilə həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin adamı olan Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən Azərbaycana esktradisiyası bir reallığı ön plana çıxardı. Heç kim törətdiyi əməllərə görə məsuliyyətdən yayına bilməz.

Bizim.Media xəbər verir ki, məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycana qarşı xarici qüvvələrin maşası olanlar tərəfindən intensiv şəkildə edilib.

İndiyə qədər dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan siyasətində xarici oyunçuların maraqlarını müdafiə edən və milli təhlükəsizliyə təhdid yaradanlar qanundan qaçmaq üçün öləni tərk edir, müxtəlif ölkələrdə “siyasi mühacir” adı altında yaşayırlar. Bu, onlar üçün hər zaman qaçış yolu olub. Əslində, Gültəkin Hacıbəylinin Türkiyəyə qaçışı da xəyanət əməllərinə görə məsuliyyətdən yayınmaq məqsədi daşıyırdı.

Lakin Azərbaycana xəyanət etmiş heç kim artıq cəzasız qalmayacaq, hansı ölkəyə qaçmağından asılı olmayaraq.
 

Gültəkin Hacıbəyli də qanun qarşısında cavab verməlidir, çünki Ramiz Mehdiyevin piyadalarından olan bu şəxs Azərbaycana qarşı xain planların əsas iştirakçılarındandır. Gültəkin Hacıbəyli nə qədər təkzib etməyə çalışsa da, onun Ramiz Mehdiyevin adamı olduğu heç kəsə sirr deyil. 


Gültəkin Hacıbəylinin siyasətə “atılması” da Ramiz Mehdiyevin xeyir-duası ilə olub. Bu baxımdan, Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə xüsusi sevgi bəsləməsi təsadüfi deyildi. 

“Ramiz Mehdiyevin içində, köksündə həssas bir ürək var, çox sərraf adamdır... Kim Ramiz Mehdiyevi tənqid edirsə, ya Vətən xainidir, ya da xaini olacaq”.

Bu sözləri məhz Gültəkin Hacıbəyli demişdi Mehdiyev haqqında. Çünki Gültəkin Hacıbəylinin parlamentə düşməsindən tutmuş xüsusi imtiyazlar qazanmasına qədər bütün “uğurları”nın arxasında Ramiz Mehdiyev olub. Onun Milli Şuraya üzv olması – iqtidar sevdalısından qəfil radikal müxalifətçiyə çevrilməsi də Ramiz Mehdiyevin təlimatı ilə baş verib və bu, konkret planın tərkib hissəsi idi.

Planın detalları Ramiz Mehdiyevin ifşa olunan çevriliş planında ortaya çıxdı. Məlum oldu ki, o, çevriliş planı baş tutacağı təqdirdə, 50 nəfərdən ibarət “Dövlət Şurası” yaratmaq istəyirmiş. Şübhəsiz ki, Ramiz Mehdiyevin 50 nəfərlik komandasında AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Gültəkin Hacıbəyli də var. Əli Kərimlinin evində aparılan axtarış nəticəsində Mehdiyevin məktubu tapıldı və həbs olundu. Aparılan istintaqda Əli Kərimlinin Ramiz Mehdiyevlə gizli əlaqələri ortaya çıxıb.
 

Gültəkin Hacıbəylinin də Ramiz Mehdiyevlə sıx bağlılığı var. Hələ 2013-cü ildə Milli Şura yarananda Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin təlimatı ilə radikal müxalifət düşərgəsində yerləşdirildi. Həmin vaxt Ramiz Mehdiyevin müxalifətə transformasiya etdiyi şəxslərdən biri də Cəmil Həsənli idi. 


Ramiz Mehdiyevin bu şəxsləri radikal müxalifət düşərgəsinə yerləşdirməkdə məqsədi siyasi proseslərin manipulyasiya edilməsində onlardan istifadə etmək olub. Hədəfləri çoxvektorlu qiymətləndirmək olar və belə görünür ki, Ramiz Mehdiyev hər iki düşərgədə - iqtidar və müxalifətdə oyun qurubmuş.

Birinci məqsədi radikal müxalifəti Gültəkin Hacıbəyli, Cəmil Həsənli və Əli Kərimli kimi şəxslər vasitəsilə idarə etmək, hakimiyyətə qarşı daxildə “siyasi təzyiqlər” yaratmaq idi. Ramiz Mehdiyev özünün yaratdığı “siyasi təzyiq” qarşısında qalxan kimi dayanır və göstərirdi ki, o, olmasa ölkədə hakimiyyət dəyişikliyi baş verə bilər.

İkinci məqsəd hakimiyyət dəyişikliyində müxalifətdəki adamlarını iqtidara gətirmək, idarəçiliyi ələ almaq idi. Əli Kərimli və Gültəkin Hacıbəylinin yer aldığı “Dövlət Şurası” planı bunu təsdiq edir.

Bu prosesdə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyev üçün böyük xidmətləri olub. Bunun qarşılığında qazancı da böyük olub. Siyasətdə “karyera” qazanan Gültəkin Hacıbəyli Ramiz Mehdiyev tərəfindən maliyyə və daşınmaz əmlaklarla da təmin edilib. 

Məlumatlara görə, Ramiz Mehdiyevdən külli miqdarda pul alan Gültəkin Hacıbəyliyə bahalı ərazidə iki ev də verilib. Bununla yanaşı, Goranboyda böyük torpaq sahələri əldə edib, həmçinin, ona biznes şəriti yaradılıb.

Bununla bağlı konkret faktlar mövcuddur. Mediaya yayılan məlumatlara görə, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil təmir olunmuş vəziyyətdə hədiyyə edilib. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. 

G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. 
 

Həmin binanın 13-cü mərtəbəsində yerləşən digər mənzil isə Hacıbəylinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayıb.


Ramiz Mehdiyev tərəfindən Gültəkin Hacıbəyliyə hədiyyə edilən, eyni zamanda, yaradılan şərait nəticəsində ikincinin ələ keçirdiyi mülklərin siyahısı bir neçə il öncə mediada yayılmışdı.

Həmin siyahısı təqdim edirik:

- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv. metr sahəsi olan nəhəng villa.

- Goranboy rayonu, Nadirkənd kəndində 5 hektar, Borsunlu kəndində 6,25 hektar, Aşağı Ağcakənd kəndində 1,76 hektar, 58-ci məhəllədə hər biri 8 sot olmaqla 2 torpaq sahəsi. 

- Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi.

- Goradil kəndində 30 sot torpaq sahəsi.

- Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 yerdə topaq sahəsi.

- Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi.

- Şamaxı rayonu, Qalebuğurd kəndində 12 sot torpaq sahəsi.

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 a ünvanında 178,18 kv. metr sahəsi olan mənzil.

- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251 A ünvanında 179,14 kv. metr sahəsi olan digər mənzil.

- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv. metr sahəsi olan mənzil.

- Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil.

- Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 A ünvanında mənzil.

Bütün bunlar Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevə “xidmətləri” qarşılığında əldə etdikləridir. İndi isə qanun qarşısında cavab vermək zamanı çatıb. (Mənbə: Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakının 2 rayonunda yol bağlanacaq

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

Ukraynada səfərbərlikdən möhlət qaydaları SƏRTLƏŞDİRİLİR

"Sabah" hesabı açdı - VİDEO

"Sabah" hesabı açdı - VİDEO

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

Röya: “Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”

End of content

No more pages to load

RADİO