Naxçıvanda icbari tibbi sığorta üzrə ödənişlər şəxsi büdcələrə gedib? - ARAŞDIRMA + FOTO

Naxçıvan Muxtar Respublikasında xəstəxanalara müraciət edən şəxslərin icbari tibbi sığortadan istifadə edə bilməmələri artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə səhiyyə ocağında çalışan həkimləri üz-üzə qoyub.
 
APA-nın yerli bürosunun xəbərinə görə, Agentlik xidmətlər zərfinə uyğun olaraq xəstəxanalara müraciət edən vətəndaşların tam olaraq tibbi sığortalarının ödənildiyini desə də, səhiyyə ocaqlarında nədənsə buna əməl edilmir.
 
Nəticədə qurumla xəstəxanalar arasında münaqişə yaranır. Xüsusilə, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində bu halların baş verməsi vətəndaşların da haqlı etirazına səbəb olur.
 
Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimov APA-ya açıqlamasında bildirib ki, stasionar, ambulator, laboratoriya xidmətinin daxilində hamilə qadın üçün zəruri olan bütün prosedurlar var və bu, sadəcə, həkimin təyinatı ilə həyata keçirilir:
 
“Bunların hamısı xidmətlər zərfində göstərilib, təsbit olunub və onlar bütünlüklə tam ödənişsizdir. Agentliklə Doğum Mərkəzi arasında müqaviləyə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa görə, ölkənin bütün vətəndaşları tibbi sığortalıdır və oraya heç bir vəsait ödənilməməlidir. Sığortaolunanlar üçün Naxçıvan şəhəri üzrə göndəriş tətbiq olunmur, çünki şəhərdə yaşayan qadınların ilk səhiyyə xidmətini Doğum Mərkəzi həyata keçirir. Digər rayonlardan isə planlı şəkildə göndərişlə gəlməlidirlər. Amma xidmətlər zərfinin qərar hissəsində yalnız hamilə qadınların ginekoloji xidmətinə təcili yardım daxil olduğu üçün onlara göndərişsiz icazə verilir. Bunların hamısı ödənişsiz həyata keçirilməlidir. Yəni bir insanın ehtiyac duya biləcəyi zəruri tibbi xidmətlərin hamısı xidmətlər zərfinə daxildir”.
 
Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova APA-ya açıqlamasında bildirib ki, 2020-ci ildə publik hüquqi şəxs statusu verilən Doğum Mərkəzinin həkimləri 2021-ci ilin dekabr ayınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 25 faiz sığorta ödənişi alıblar:
 
“2022-ci ilin yanvar ayından isə publik hüquqi şəxs kimi Doğum Mərkəzinin büdcəsinə toplanılan vəsaitin 30 faizi həkimlərin maaşlarına əlavə olunub. Qalan vəsait isə mərkəzin təsərrüfat xərcləri üçün istifadə edilib”.
 
Kəmalə Qurbanova vətəndaşlar tərəfindən xəstəxanaya ödənilən məcburi və ya qeyri-leqal ödənişlərin ötən ilin noyabr ayının 24-dən aradan qaldırıldığını da vurğulayıb. O, bu zamanadək Doğum Mərkəzinin adından vətəndaşlardan alınan qeyri-leqal məcburi ödənişlərin hara ödənildiyinə aydınlıq gətirməyib.
 
Görünən odur ki, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlar üçün ödənilən, eyni zamanda, vətəndaşlardan alınan qeyri-leqal ödənişlər şəxsi büdcələrə daxil olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Rusiyada Telegram kanalına ödəniş edən şəxs həbs edildi

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Wildberries anbarlarındakı hücumlar nəticəsində 11 milyondan çox kitab məhv edilib

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Tusk: Polşada Rusiya sifarişi ilə ABŞ vətəndaşına sui-qəsdin qarşısı alınıb

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Biznesmenin etirafı - Jurnalistin evinin qarşısında partlayış təşkil edib

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Londonda Meta-nın ağıllı eynəklərinə qarşı qadağalar artır

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: Bu xərcləri mütləq hesablayın

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Rusiya və Ukrayna arasında növbəti ƏSİR mübadiləsi

Antalyada meşə yanğını başladı

Antalyada meşə yanğını başladı

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Konfrans Liqası: "Qarabağ" "Dinamo"nu məğlub edərək play-off-a yüksəldi - VİDEO

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Azərbaycan XİN-dən mina partlayışları ilə bağlı PAYLAŞIM

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Britaniyada sərnişin qatarı relsdən çıxdı

Xocavənddə güclü yanğın başladı

Xocavənddə güclü yanğın başladı

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

Putin Ukrayna PUA-larından qorunmaq üçün zirehli qatardan istifadə edir

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

İran TRIPP layihəsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

Yaponiya baş naziri Putinin Kuril adalarına səfərini qəbuledilməz adlandırdı

ABŞ-da 100 min dollarlıq saxta nikah sxemi ifşa edildi

ABŞ-da 100 min dollarlıq saxta nikah sxemi ifşa edildi

4-cü qrupda bu ixtisaslarda ballar artacaq

4-cü qrupda bu ixtisaslarda ballar artacaq

The Economist: Qərb Talibanla danışıqlar aparmağa məcbur olacaq

The Economist: Qərb Talibanla danışıqlar aparmağa məcbur olacaq

"Ulduz" metrosunun qarşısındakı yolda tikinti işləri davam etdirilir - VİDEO

"Ulduz" metrosunun qarşısındakı yolda tikinti işləri davam etdirilir - VİDEO

Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

Lənkəranın kənd və qəsəbələrində yanğınlar olub

Biləsuvarda qətli 16 yaşlı yeniyetmə törədibmiş - TUTULDU

Biləsuvarda qətli 16 yaşlı yeniyetmə törədibmiş - TUTULDU

Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu

Pensiyalar neçə faiz artacaq? – Minimum rəqəm bəlli oldu

Bu insanlara etibar etmək olmaz - 6 əlamət

Bu insanlara etibar etmək olmaz - 6 əlamət

End of content

No more pages to load

RADİO