Qusarda Ulu Öndər Heydər Əliyevin anım günü tədbiri keçirilib - FOTO

Qusar rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış böyük siyasətçi, dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günüdür.

2003-cü ildən ötən hər il 12 dekabr tarixi xalqımız tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü kimi ehtiramla yad edilir.

Bütün ölkədə olduğu kimi, Qusar rayonunda da dekabrın 12-də Qusar Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib. Rayon rəhbərliyi, eləcə də idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi yad edilib.
 

Qusar Rayon Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edib, tədbirdən əvvəl Heydər Əliyev Mərkəzində Ulu Öndərin muzeyinə və kitab sərgisinə baxış keçirilib.


Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Heydər Əliyevin siyasi fəaliyyətini, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirən film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qusar Rayon Təşkilatının sədri David İbramxəlilov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli ideologiyanın formalaşdırılması və ölkənin strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində həyata keçirdiyi tarixi missiyanın məzmun və əhəmiyyəti haqqında məlumat verib, təşkilat sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində formalaşan sabitlik, milli həmrəylik və institusional idarəetmə modeli bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi kimi tarixi xidmətlərini geniş şəkildə təhlil edərək vurğulayıb ki, Ulu Öndərin strateji düşüncə tərzi, siyasi iradəsi və dövlətçilik fəlsəfəsi Azərbaycanın milli inkişaf modelinin ideya-nəzəri əsaslarını formalaşdırıb, ölkəmizi xaos və böhran burulğanından çıxarıb nüfuzlu və dayanıqlı dövlətə çevrilib.

Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı təkcə siyasi sabitliyin bərpası demək olmayıb, həm də dövlət institutlarının sistemli şəkildə yenidən qurulmasının, milli maraqlara əsaslanan idarəetmə mexanizmlərinin tətbiqinin, iqtisadi-sosial inkişafın strateji xətt üzrə təmin edilməsinin başlanğıcı olub.

Bu gün Ulu Öndərin siyasi kursu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara uyğun şəkildə, uğurla davam etdirilir.

Xüsusilə Vətən müharibəsində əldə olunan şanlı Qələbə və ölkəmizin ərazi bütövlüyünün tam bərpası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji hədəflərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Ümummilli Lider Heydər Əliyevin dövlət idarəçiliyi məktəbinin Azərbaycan üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb. Deputat qeyd edib ki, Heydər Əliyevin strateji kursunun Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıllıqla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün regionun iqtisadi-siyasi liderinə çevrilib, mühüm qlobal təşəbbüslərin müəllifi və icraçısı kimi beynəlxalq arenada nüfuz qazanıb.
 

Tədbirdə çıxış edən digər natiqlər də Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli dövlətçilik irsinin müxtəlif istiqamətləri, xüsusilə qadın və gənclər siyasəti haqqında məlumat verərək bildiriblər ki, Heydər Əliyev tərəfindən əsası qoyulan və cəmiyyətin aparıcı sosial qruplarını əhatə edən inklüziv siyasət Azərbaycan qadınlarının dövlət idarəçiliyində, ictimai-siyasi həyatda fəal iştirakını təmin edib, gənclərin intellektual potensialının reallaşdırılması üçün geniş imkanlar yaradıb.


Anım mərasimi çərçivəsində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ehsan süfrəsi təşkil olunub.




































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Azərbaycanda döyüşmüş Türk zabitindən mesaj: “Türkiyənin bütün türkləri İlham Əliyevin yanındadır”

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

Laos Prezidenti “ASAN xidmət” mərkəzində - FOTO

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

İxracatçılara şad xəbər: Daşınma xərclərinin böyük qismi dövlət tərəfindən qarşılanacaq

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

Qarabağdan gedən ermənilər Ukraynaya qarşı döyüşür - SENSASİON FAKTLAR - VİDEO

“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı

“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı

Dövlət qulluqçuları ilə bağlı YENİ LİMİT – Hansı dəyişiklikləri vəd edir? – VİDEO

Dövlət qulluqçuları ilə bağlı YENİ LİMİT – Hansı dəyişiklikləri vəd edir? – VİDEO

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Yəhudilərə kələk gələn David Seliverstov Avropanı aldatmağa hazırlaşır - Şok planı ortaya çıxdı

Gücünü səsindən deyil, davranışından alan Azərbaycan qadınının obrazı – VİDEO

Gücünü səsindən deyil, davranışından alan Azərbaycan qadınının obrazı – VİDEO

"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

"Sabah" - "Slaviya" oyununda ANTİREKORD

Yazıçı Aqşin Ağkəmərli vəfat etdi

Yazıçı Aqşin Ağkəmərli vəfat etdi

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

Kartdan karta ödənişlərdə tutulmalar BELƏ OLACAQ

Kartdan karta ödənişlərdə tutulmalar BELƏ OLACAQ

Gədəbəydə qəzaya düşən ailə üzvlərinin SON DURUMU

Gədəbəydə qəzaya düşən ailə üzvlərinin SON DURUMU

Ukrayna “Sberbank”ın data mərkəzini dronla vurdu - FOTO

Ukrayna “Sberbank”ın data mərkəzini dronla vurdu - FOTO

Qarabağa köçənlərə ŞAD XƏBƏR: Daimi iş yerləri artırılacaq

Qarabağa köçənlərə ŞAD XƏBƏR: Daimi iş yerləri artırılacaq

Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Azərbaycanda bəzi xidmət haqları 2 dəfə azaldılır – RƏSMİ

Azərbaycanda bəzi xidmət haqları 2 dəfə azaldılır – RƏSMİ

Prezident Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil ocaqlarından danışdı

Prezident Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən təhsil ocaqlarından danışdı

Ehtiyatda olan polkovnik-leytenant HƏYATINI İTİRDİ

Ehtiyatda olan polkovnik-leytenant HƏYATINI İTİRDİ

Nişanını qaytaran Nigar Tofiqdən diqqətçəkən sözlər - Video

Nişanını qaytaran Nigar Tofiqdən diqqətçəkən sözlər - Video

Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

Şəmkirdə 50 yaşlı kişi faciəli şəkildə VƏFAT ETDİ

İlham Əliyevdən Murovdağ tuneli ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Murovdağ tuneli ilə bağlı AÇIQLAMA

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

End of content

No more pages to load

RADİO