Bu tarixdən keçmiş məcburi köçkünlərə verilən müavinat dayandırılacaq

Keçmiş məcburi köçkünlər üçün hazırda mövcud olan bir sıra güzəştlərin nə qədər davam edəcəyi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov İqtisadiyyat.az-a müsahibəsində məlumat verib.

O xatırladıb ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur. 

Bunlardan biri də sosial müdafiəyə ehtiyacı olan məcburi köçkünlərin yararlandığı, dövlət büdcəsinin vəsaiti hesabına ödənilən vahid aylıq müavinətdir:

"Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib. Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir".

Sədr müavini söyləyib ki, mövcud qanunvericiliyə əsasən, keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən dövlət büdcəsinin vəsaiti hesabına görülən sosial müdafiə tədbirlərinin, o cümlədən vahid aylıq müavinətin verilməsinin qanunvericiliklə nəzərdə tutulan üç il müddətində başa çatması nəzərdə tutulur: 

"Bu məsələlərlə bağlı Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri aparılır".

F.Hüseynov vurğulayıb ki, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında qanuna əsasən qeyri-dövlət ali və orta peşə-ixtisas təhsil müəssisələri məcburi köçkün tələbələrin normal təhsili üçün müəyyən güzəştlər edə bilərlər. Keçmiş məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan etibarən 3 il keçdikdən sonra təhsil haqqından azad edilməklə bağlı tətbiq olunan güzəştlər qüvvədən düşmüş hesab olunacaq.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan Prezidenti Azərbaycana gəldi – FOTO

Qazaxıstan Prezidenti Azərbaycana gəldi – FOTO

Ənvər Qafarlı vəfat etdi

Ənvər Qafarlı vəfat etdi

Lavrov Bakıya GƏLDİ

Lavrov Bakıya GƏLDİ

Gəncədə 26 yaşlı kişi küçədə bıçaqlandı

Gəncədə 26 yaşlı kişi küçədə bıçaqlandı

Yekaterinburqda Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilat ləğv edildi

Yekaterinburqda Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilat ləğv edildi

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

İslam təəssübkeşliyi aparırlarsa, Türkiyəni İslam dövləti elan etsinlər – TƏHLİL

İslam təəssübkeşliyi aparırlarsa, Türkiyəni İslam dövləti elan etsinlər – TƏHLİL

Rusiyadan gətirilmiş qida məhsulları məhv edildi– FOTO

Rusiyadan gətirilmiş qida məhsulları məhv edildi– FOTO

Ermənistan Rusiya ilə razılığa GƏLDİ

Ermənistan Rusiya ilə razılığa GƏLDİ

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

İsrail Prezidenti Azərbaycana gəldi – FOTO

İsrail Prezidenti Azərbaycana gəldi – FOTO

Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Jurnalistlər kiberdələduzların HƏDƏFİNDƏ - FOTO

Jurnalistlər kiberdələduzların HƏDƏFİNDƏ - FOTO

Nəsrin Cavadzadədən hicab müzakirələrində Azərbaycana DƏSTƏK – FOTO

Nəsrin Cavadzadədən hicab müzakirələrində Azərbaycana DƏSTƏK – FOTO

Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ!

Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ!

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

Damarların sağlamlığını dəstəkləyən 5 qida

Damarların sağlamlığını dəstəkləyən 5 qida

Emoməli Rahmon Bakıya yola düşdü

Emoməli Rahmon Bakıya yola düşdü

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu – VİDEO

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu – VİDEO

End of content

No more pages to load

RADİO