Qəlyan insult və xərçəng riskini beş dəfə artırır - Onkoloqlardan HƏYƏCAN TƏBİLİ

Onkoloqlar qəlyan çəkməklə bağlı ciddi sağlamlıq təhlükələri barədə məlumat veriblər.

Mütəxəssislərin sözlərinə görə, qəlyanı bir dəfə istifadə etrmək orqanizmə təxminən 100 siqaret qədər nikotin daxil edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə PubMed məlumat yayıb.
 

Ekspertlər izah edirlər ki, qəlyan çəkən insan adi siqaretə nisbətən daha dərin və uzun nəfəs çəkir. Nəticədə orqanizmə böyük miqdarda nikotin və toksik maddələr daxil olur.


Bundan əlavə, siqaretdən fərqli olaraq, qəlyanın tüstüsü bir neçə saat ərzində ağciyərlərə dolur ki, bu da ürəyə, damar sisteminə və tənəffüs yollarına xüsusi dərəcədə təhlükəli yüklənmə yaradır.

Onkoloqların məlumatına görə, mütəmadi olaraq qəlyan çəkmək aşağıdakı risklərlə əlaqələndirilir:

Damarların kəskin daralması və ürək-damar sisteminə yüksək yük səbəbindən insult və infarkt riskinin beş dəfə artması;
 

Qəlyan tüstüsündə kanserogenlər, ağır metallar və kömürün natamam yanma məhsulları olduğu üçün ağciyər xərçənginin inkişaf ehtimalının artması;


Tənəffüs yollarının selikli qişasının zədələnməsi və bununla xroniki ağciyər xəstəliklərinin sürətlə inkişaf etməsi;

Həm kişilərdə, həm qadınlarda reproduktiv sistemə toksik təsir.

Həkimlər vurğulayırlar ki, qəlyanla bağlı mif onun qəbulu zamanı tüstünün sudan keçərək soyuması ilə bağlı olan məlumatlardır. Lakin bu filtrasiya nə nikotini, nə kanserogenləri, nə də ağır birləşmələri aradan qaldırmır.
 

Mütəxəssislər bildirirlər ki, qəlyanın populyarlığı xüsusilə gənclər arasında yüksəkdir. Bir çoxları onu zərərsiz istirahət elementi kimi görür və onu tam şəkildə siqaret çəkmə hesab etmir. Bu səbəbdən qəlyan çəkmə müddəti siqaret çəkməni onlarla dəfə üstələyir – insanlar qəlyan masasında 1–3 saat keçirirlər. Nəticədə nikotin və toksinlərin ümumi dozası adi siqaret çəkmədən xeyli yüksək olur.


Onkoloqlar çağırış edirlər ki, qəlyanla bağlı geniş yayılmış yanlış fikirlər yenidən qiymətləndirilsin və bu vərdiş yüksək riskli siqaret çəkmə forması kimi qəbul edilsin.

Onlar vurğulayırlar ki, qəlyandan mütəmadi istifadə gənc yaşlardan ağır xəstəliklərin yaranmasına səbəb ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan Prezidenti Azərbaycana gəldi – FOTO

Qazaxıstan Prezidenti Azərbaycana gəldi – FOTO

Ənvər Qafarlı vəfat etdi

Ənvər Qafarlı vəfat etdi

Lavrov Bakıya GƏLDİ

Lavrov Bakıya GƏLDİ

Gəncədə 26 yaşlı kişi küçədə bıçaqlandı

Gəncədə 26 yaşlı kişi küçədə bıçaqlandı

Yekaterinburqda Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilat ləğv edildi

Yekaterinburqda Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilat ləğv edildi

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

İslam təəssübkeşliyi aparırlarsa, Türkiyəni İslam dövləti elan etsinlər – TƏHLİL

İslam təəssübkeşliyi aparırlarsa, Türkiyəni İslam dövləti elan etsinlər – TƏHLİL

Rusiyadan gətirilmiş qida məhsulları məhv edildi– FOTO

Rusiyadan gətirilmiş qida məhsulları məhv edildi– FOTO

Ermənistan Rusiya ilə razılığa GƏLDİ

Ermənistan Rusiya ilə razılığa GƏLDİ

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

İsrail Prezidenti Azərbaycana gəldi – FOTO

İsrail Prezidenti Azərbaycana gəldi – FOTO

Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Jurnalistlər kiberdələduzların HƏDƏFİNDƏ - FOTO

Jurnalistlər kiberdələduzların HƏDƏFİNDƏ - FOTO

Nəsrin Cavadzadədən hicab müzakirələrində Azərbaycana DƏSTƏK – FOTO

Nəsrin Cavadzadədən hicab müzakirələrində Azərbaycana DƏSTƏK – FOTO

Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ!

Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ!

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

Damarların sağlamlığını dəstəkləyən 5 qida

Damarların sağlamlığını dəstəkləyən 5 qida

Emoməli Rahmon Bakıya yola düşdü

Emoməli Rahmon Bakıya yola düşdü

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu – VİDEO

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu – VİDEO

End of content

No more pages to load

RADİO