SON DƏQİQƏ! İmtahan nəticələri AÇIQLANDI

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 noyabr 2025-ci il tarixində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 1-də əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 24 noyabrda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

"İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

189 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 1 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

59 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib. Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.
 

Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.


İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 2025-ci il 9 dekabr saat 10:00-dan 10 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 12 dekabr 2025 ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Bir iddiaçının ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır", - məlumatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qazaxıstan Prezidenti Azərbaycana gəldi – FOTO

Qazaxıstan Prezidenti Azərbaycana gəldi – FOTO

Ənvər Qafarlı vəfat etdi

Ənvər Qafarlı vəfat etdi

Lavrov Bakıya GƏLDİ

Lavrov Bakıya GƏLDİ

Gəncədə 26 yaşlı kişi küçədə bıçaqlandı

Gəncədə 26 yaşlı kişi küçədə bıçaqlandı

Yekaterinburqda Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilat ləğv edildi

Yekaterinburqda Şahin Şıxlinskinin rəhbərlik etdiyi təşkilat ləğv edildi

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

"Mançester Siti" - PSJ oyunu hansı kanalda yayımlanacaq?

İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

İnterpolun axtardığı "Balina" İstanbulda tutuldu: Evindən böyük sərvət çıxdı – FOTO

İslam təəssübkeşliyi aparırlarsa, Türkiyəni İslam dövləti elan etsinlər – TƏHLİL

İslam təəssübkeşliyi aparırlarsa, Türkiyəni İslam dövləti elan etsinlər – TƏHLİL

Rusiyadan gətirilmiş qida məhsulları məhv edildi– FOTO

Rusiyadan gətirilmiş qida məhsulları məhv edildi– FOTO

Ermənistan Rusiya ilə razılığa GƏLDİ

Ermənistan Rusiya ilə razılığa GƏLDİ

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

Meloni: "Praqa və Budapeştdə üsyanları yatıran Rusiya tankları üçün darıxmıram"

İsrail Prezidenti Azərbaycana gəldi – FOTO

İsrail Prezidenti Azərbaycana gəldi – FOTO

Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

Bakıda yəhudi mənşəli şagirdlər də məktəbə vahid geyim formasında gəlirlər – VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Tramp pələnglə "döyüşdü" - VİDEO

Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Derimod-un “Vision 2030” yolunda yeni mərhələ: Bakı

Jurnalistlər kiberdələduzların HƏDƏFİNDƏ - FOTO

Jurnalistlər kiberdələduzların HƏDƏFİNDƏ - FOTO

Nəsrin Cavadzadədən hicab müzakirələrində Azərbaycana DƏSTƏK – FOTO

Nəsrin Cavadzadədən hicab müzakirələrində Azərbaycana DƏSTƏK – FOTO

Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ!

Nərimanovda 2 otaqlı studiyadan başlayaraq yeni mənzillər satışda – SATIŞ ŞƏRTLƏRİ YENİLƏNDİ!

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

Kiyev metrosu fəaliyyətini dayandırdı – Kliçko sakinləri şəhəri tərk etməyə çağırdı

Damarların sağlamlığını dəstəkləyən 5 qida

Damarların sağlamlığını dəstəkləyən 5 qida

Emoməli Rahmon Bakıya yola düşdü

Emoməli Rahmon Bakıya yola düşdü

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu – VİDEO

Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu – VİDEO

End of content

No more pages to load

RADİO