Bu əməkdaşların işdən çıxarılması - Qadağandır!

İşçilərin sayının azaldılması və ya ştatların ixtisar olunması əksər müəssisələrdə rast gəlinən haldır. İşçinin iş yerini itirməsi ilə nəticələnən proses qanunvericiliklə tənzimlənir.

Bəs, qanunla bu halda işçilərin hansı təminatları var? İşçinin ixtisardan kənarda qalması mümkündür?

Bizim.Media “qafqazinfo.az”a xəbər verir ki, Əmək Məcəlləsinə görə, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır.

İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bu halda işəgötürən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.

Qanunvericiliyə görə, ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verilir:

- Şəhid ailəsinin üzvlərinə;

- Müharibə iştirakçılarına;

- Əsgər və zabitlərin arvadına (ərinə);

- Öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;

- Həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə;

- Məcburi köçkün və qaçqın statusu olan şəxslərə;

- Kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

Əmək Məcəlləsi, bundan başqa, əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçiləri və halları müəyyən edir. İşdən çıxarılması qadağan edilən işçilər aşağıdakılardır:

- Hamilə, həmçinin 3 yaşınadək uşağı olan qadınlar;

- Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;

- Yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilər;

- Əmək qabiliyyətini müvəqqəti itirən işçilər;

- Öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilər;

- İşçinin şəkərli diabet və ya dağınıq skleroz xəstəsi olması;

Əməkdaşın, həmçinin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

Lakin bu qeyd edilən müddəalar müəssisənin ləğv edilməsi və ya işçi ilə bağlanmş müddətli əmək müqaviləsi hallarına şamil edilmir.

Digər hallarda işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi onunla bağlanmış əmək müqaviləsi üzrə iş stajından asılı olaraq işəgötürən tərəfindən aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

1 ilədək əmək stajı olduqda – azı 2 təqvim həftəsi;

1 ildən 5 ilədək əmək stajı olduqda – azı 4 təqvim həftəsi;

5 ildən 10 ilədək əmək stajı olduqda – azı 6 təqvim həftəsi;

10 ildən çox əmək stajı olduqda – azı 9 təqvim həftəsi.

Xəbərdarlıq müddəti ərzində işçiyə əməkhaqqı saxlanılmaqla həftədə azı bir gün iş axtarmağa imkan yaradılır.

Müəssisə ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar olunduqda işçiyə həmin işəgötürənlə bağlanmış əmək müqaviləsi üzrə iş stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma
müavinəti ödənilir:


1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;

5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 2 misli miqdarında.

İşəgötürən işçinin razılığı ilə xəbərdarlıq müddəti əvəzinə ödəniş etməklə də əmək müqaviləsinə xitam verə bilər.

Məcəlləyə görə, əmək müqaviləsinə iş şərtlərinin dəyişdirilməsi ilə əlaqədar xitam verildikdə, işçiyə orta aylıq əməkhaqqının azı 2 misli miqdarında müavinət ödənilir. Bu müddəa işçinin hərbi və ya alternativ xidmətə çağırılması, əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi hallarına da aiddir.

Bundan başqa, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə müəssisədə iş yeri və vəzifəsi saxlanılır (müəssisənin ləğvi istisna olmaqla). Bu şəxslər hərbi xidmətdən buraxıldıqdan ən geci 60 gün keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə qayıtmaq hüququna malikdirlər.

Həmçinin müəssisənin mülkiyyətçisi dəyişdikdə bəzi istisnalarla işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri qüvvədə saxlanılır. Bu işçilərin müqavilələri qanunla müəyyən edilmiş hallarda ləğv edilə bilər. Yeni mülkiyyətçi tərəfindən yalnız müəssisənin rəhbərinin, onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən şəxslərin əmək müqavilələrinə xitam verilə və ya şərtləri dəyişdirilə bilər. Müqaviləyə xitam verildikdə, onlara orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

End of content

No more pages to load

RADİO