Ölüm saçan “MedAura” klinikası - Uğursuz əməliyyatlara səbəb olan Nigar Məhəmmədova iş başındadır? - ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, bu il aprelin 30-da Bakıdakı "MedAura" klinikasında burun əməliyyatı keçirən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlı həkimlərin səhlənkarlığı səbəbilə koma (kliniki ölüm) vəziyyətinə düşüb. Onun yaxınlarının sözlərinə görə, əməliyyatı həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.
 

6 aydır ki, koma vəziyyətində olan N.Budaqlının yaxınları həkimlərin cəzasını çəkməsini və dəymiş ziyanla bağlı öhdəliklərinin yerinə yetirilməsini istəyirlər.


Bu, “MedAura”a xəstəxanasında baş verən ilk belə hal deyil. Bundan öncə də dəfələrlə klinika barədə şikayətlər olub, əməliyyat zamanı ölüm halları yaşanıb.

Anesteziya edildikdən sonra ölüb...

Bizim.Media klinikada baş verən bu hadisələri araşdırıb.

25 oktyabr 2019-cu ildə "MedAura" klinikasında estetik əməliyyat olunan 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziya edildikdən sonra ölüb.
 

2024-cü ilin aprelində paytaxt sakini Lətafət Məmmədovanın yanlış əməliyyat səbəbi ilə səhhətində müəyyən problemlər yaranıb. Septoplastika, yəni burunda çəpər əyriliyi əməliyyatı olan Lətafət Məmmədovanın əməliyyatdan sonra problemləri aradan qalxmaq yerinə, əksinə şikayətləri artıb.


Nəticədə o, ikinci dəfə əməliyyata girməli olub. İkinci dəfə əməliyyat isə adətən 4-5 mindən başladığından şikayətçiyə ikiqat ziyan dəyib.

Onu  "MedAura"nın həkimi Kəmalə Mirzəyeva əməliyyat edib.

6 avqust 2024-cü ildə Bakıda şikayət əsasında “MedAura” klinikasında aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Pasiyentin şikayəti əsasında Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “MedAura” klinikasında yoxlama aparılıb.

Klinikada plandankənar yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (plastik cərrah) və sertifikatsız plastik tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar edilib. Nəticədə klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib.

İki əməliyyatı da uğursuz olub...

18 dekabr 2024-cü ildə özü ixtisasca həkim olan pasiyent "MedAura" klinikasının baş həkimi, Nigar Məhəmmədova tərəfindən burnunun ucundakı ətliliyin incəldilməsini istəyib.

Nəticədə onun burnu atrofiya olub, əyilib, toxumada nekrotik hal yaranıb.
 

Bir müddət mübarizədən sonra ikinci əməliyyat elə həmin xəstəxanada baş tutub. İkinci əməliyyat lor-həkim Yaqub Əhədi tərəfindən edilib. Lakin ikinci əməliyyat da uğursuz olub.


Bundan sonra qadın bir müddət tibbi maskada həyatını davam etdirməli olub. Üçüncü əməliyyat üçün isə digər xəstəxanalar 7-8 min pul istəyib. Şikayətçi klinikadan kompensasiya istəsə də, onun tələbinə baxılmayıb. 

Bədəni çürüyüb...

Bu il yanvarın 14-də Fərizə Hacıyeva adlı vətəndaşı sözügedən klinikanın həkimi Nigar Məhəmmədova bədən şəkilləndirmə əməliyyatı edib və dərhal sonra bədəni çürüməyə başlayıb.

Araşdırma zamanı məlum olub ki, Nigar Məhəmmədova hazırda Kliniki Tibbi Mərkəzdə ümumi cərrah işləyir. 

Üzü tanınmaz hala düşüb...

Bu ilin 24 fevralında  Günay  Məmmədova adlı pasiyenti  “MedAura” klinikasının baş həkimi plastik cərrah Nigar Məhəmmədova əməliyyat edib. Nəticədə pasiyentin bütün üz fizioloji quruluşu dəyişib, tanınmaz hala düşüb.

Şikayətçi bildirir ki, Nigar Məhəmmədova və köməkçisi Yaqub onu aldadıb. Ona 1 saatlıq korreksiya əməliyyatı deyib, 4 saat narkozda saxlayıb əməliyyat ediblər. Bir ay ərzində pasiyenti iki dəfə əməliyyata salıblar, ona deyilmədən həyati əhəmiyyətli orqanlarına müdaxilə (qabırğasına) müdaxilə olunub.

Çoxsaylı pasiyenti şikəst edən və ölümünə səbəb olan Nigar Məhəmmədova iş başında?

12 iyun Rusiya vətəndaşı olan Arzu Sadıqova "Mərcan" klinikasında ümumi cərrah, eyni zamanda “MedAura” klinikasının baş həkimi Nigar Məhəmmədova tərəfindən abdominoplastika və liposaksiya əməliyyatına salınıb.
 

Arzu Sadıqovanın abdominoplastika əməliyyatından bir gün sonra halı pisləşib və onu yenidən əməliyyata salıblar. Qanaxmaya düşən Arzu ikinci əməliyyat sırasında dünyasını dəyişib. Ailəsi onda heç bir əlavə xəstəliklərin olmadığını, ölümün həkim səhlənkarlığı səbəbindən baş verdiyini bildirib.


*Bu ilin oktyabrında xəstəxana ilə bağlı daha bir detal üzə çıxıb. Belə ki,  "MedAura” Klinikasında külli miqdarda vergi borcu yarandığı aşkarlanıb. Klinikanın hazırda dövlətə 241 min 690.82 manat vergi borcu olduğu məlum olub.

Uğursuz əməliyyatları ilə seçilən klinika niyə bağlanmır?

Qeyd edək ki, “MedAura”  Klinikası  2010-cu ildə dövlət qeydiyyatına alınıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi 2 dəfə adını dəyişdiyi göstərilir. İlk adı "Nihat Klinika” MMC olub. 2018-ci ildən isə "MedAura” Klinika  MMC adlandırılır.

Klinikaya qarşı 2011, 2012, 2016, 2017, 2018, 2019, 2021,2022, 2023, 2024-ci illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi məlum olub.

Klinikanın qanuni təmsilçisinin  İsbiyev Mübariz Qabil oğlu olduğu bildirilir. Klinikanın sahibi isə Nihat Zeynallıdır.
 

Onu da qeyd edək ki, haqqında kifayət qədər şikayət olan Nigar Məmmədovanın adı Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında yer almayıb.


Xatırladaq ki, Nigar Məhəmmədovanı vəzifəsində bu ilin yayında Mirəzim Zaidov əvəzləyib.

Faktlardan göründüyü kimi, xəstəxanada  uğursuz əməliyyatların sayı kifayət qədərdir. Lakin bununla belə klinika fəaliyyətini davam etdirir.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - VİDEO

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

ABŞ-da Maduro və arvadına qarşı yeni ittihamlar irəli sürüldü

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Payız gəldi, “uçdu-getdi” enerji - Bu fəsildə iş qabiliyyəti niyə azalır?

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

ABŞ İrana bağlı 14 nəfərə və bir sıra şirkətlərə sanksiya TƏTBİQ ETDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna GÖZ DİKDİ

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatdı - FOTO

End of content

No more pages to load

RADİO