5 il öncə BU GÜN – 3 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Bu gün Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 3 noyabr  2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edir:

Qərib Baxşəliyev


1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 82 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Qərib Baxşəliyev 1999-2000-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Tağımın Komandiri vəzifəsində xidmət edib. 2000-ci ildə Tərtər rayonu istiqamətində Kontuziya alması nəticəsində xidmətini Azərbaycanda zabitlərin yetişdirilməsində xüsusi rolu olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam edib.

Qərib Baxşəliyev 2000-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə tağım komandiri, 2002-2010-cu illərdə həbi liseyin tədris bölüyünün komandiri, 2010-2014-cü illərdə hərbi liseyin tərbiyəvi işlər bölməsində psixoloq, 2014-2016-cı illərdə isə hərbi liseyin şəxsi heyətlə iş üzrə şöbənin psixoloqu vəzifəsində xidmət edib.

2016-2019-cu illərdə Qərib Baxşəliyev əvvəl Heydər Əliyev adına Hərbi Liseydə, sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) hərb tarixini tədris edib.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Qərib Baxşəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Zəngilan istiqamətlərində gedən döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının artırılmasında rol oynayıb. Qərib Baxşəliyev noyabrın 3-də Qubadlı rayonu Mərkəzi kəndi istiqamətində şəhid olub. Onun nəşi 32 gün erməni tərəfində saxlanıldığdan sonra II Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda","İgidliyə görə","Füzulinin azad olunmasına görə","Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Kənan Səlimzadə


1997-ci il noyabrın 25-də İsmayıllı rayonunda dünyaya göz açıb.

Kənan Səlimzadə 2014-cü ildə Qubaxəlilli kənd tam orta məktəbini bitirib, Hərbi Tibb Məktəbinə qəbul olub. 2016-cı ildə bu məktəbi bitirərək hərbi sahədə çalışmağa başlayıb. Vətən müharibəsi başlayanda isə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə yer alıb.

Hərbi feldşer olan Kənan Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə yaralı əsgəri xilas edərkən düşmən snayperinin gülləsinə tuş gəlib və 3 noyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Kənan Səlimzadə ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olmasına görə" medalıilə də təltif olunub.

Nurlan Abdalov


12 iyun 2000-ci ildə Sumqayıt şəhərində anadan olub. 2006-2017- ci illərdə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2015 -ci illərdə Sumqayıt şəhər Dostluq Mədəniyyət Mərkəzinin Rəssamlıq kursunu bitirib.

2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət dövründə vəzifəsi baş sürücü olub, ailəsinə 2 dəfə təşəkkür məktubu göndərilib. Müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılıb və 2020- ci il yay aylarından etibarən müddətdən artıq hərbi xidmətə başlayaraq, manqa komandiri vəzifəsinə yüksəlib.

Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana qarşı başlatdığı əks-hücum əməliyyatlarında iştirak edib, Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə iştirak edib. 3 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən qızğın döyüşlərdə şəhid olub.

5 noyabr 2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Nurlan Abdalov ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Vaqif Mərdanov


2001-ci il oktyabrın 10-da Suraxanı rayonunun Hövsan qəsəbəsində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Vaqif Mərdanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif Mərdanov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub. Hövsan qəsəbəsində dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vaqif Mərdanov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.

Sadiq Rəhimov


10 dekabr 1997-ci ildə Lerik rayonunun Veri Əliabadı kəndində anadan olub. 2004-cü ildə Lerik rayonu şəhid Valeh Rəhimov adına Veri Əliabadı kənd ümumi məktəbin 1-ci sinfinə daxil olub. 2013-cü ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra Astara Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyinə daxil olub. 2017-ci ildə kolleci başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Sadiq Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2019-cu ilin yanvar ayında xidmətini başa vurub.

O, 2020-ci il sentyabrın 27-də başlanan müharibədə könüllü olaraq iştirak edib. Füzuli və Xocavənd uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıqlar göstərib.  Sadiq 3 noyabr 2020-ci il tarixində Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi doğulduğu Lerik rayonu Veri Əliabadı kəndinə gətirilib və 6 noyabr tarixində kənd qəbiristanlığında torpağa tapşırılıb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, "Füzulinin azad olumasına görə", "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Şamil Hüseynli


8 yanvar 1993-cü ildə İmişli rayonunun Cəfərli kəndində dünyaya göz açıb. İkinci Qarabağ Müharibəsinə könüllü qoşulan Azərbaycan Ordusunun əsgəri Şamil Hüseynli Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 3 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalı ilə də təltif edilib.

Elnur Bəylərov


1998-ci ildə İmişli rayonunun Ağaməmmədli kəndində anadan olub. 2005-ci ildə doğulduğu kənddəki Şəhid Elçin Heydərov adına tam orta məktəbdə təhsil alıb. 

Vətən Müharibəsində iştirak edən Elnur Bəylərov noyabrın 3-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Elnur Bəylərov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Bakıda təcili yardım maşını ağır qəza törətdi: Ölən var

Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin SAYI AÇIQLANDI

Mətbuat Şurasına dörd il ərzində daxil olan şikayətlərin SAYI AÇIQLANDI

BMT-dən süni intellektlə bağlı ölkələrə XƏBƏRDARLIQ

BMT-dən süni intellektlə bağlı ölkələrə XƏBƏRDARLIQ

Səhhəti ağırlaşan Zaur Rzayevin SON DURUMU

Səhhəti ağırlaşan Zaur Rzayevin SON DURUMU

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

İstanbul boğazının rəngi dəyişdi – VİDEO

İstanbul boğazının rəngi dəyişdi – VİDEO

Erməni faşizminin cəzasız qalan rəhbərləri və Azərbaycanın ƏDALƏT DƏRSİ

Erməni faşizminin cəzasız qalan rəhbərləri və Azərbaycanın ƏDALƏT DƏRSİ

65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək

65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək

Hesablama Palatasının strukturu DƏYİŞİR

Hesablama Palatasının strukturu DƏYİŞİR

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçılarından Prezidentə MÜRACİƏT

Azərbaycan jurnalistlərinin IX qurultayının iştirakçılarından Prezidentə MÜRACİƏT

İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə

İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə

Türkiyəli jurnalistdən Ərdoğanın müşavirinə SƏRT MESAJ – “Azərbaycanın daxili işlərindən sənə nə?!” – VİDEO

Türkiyəli jurnalistdən Ərdoğanın müşavirinə SƏRT MESAJ – “Azərbaycanın daxili işlərindən sənə nə?!” – VİDEO

Rəsmi Bakı Sultan Hacıyevi təbrik etdi – FOTO

Rəsmi Bakı Sultan Hacıyevi təbrik etdi – FOTO

Tramp: “Zelenski Ukraynanı məhv etdi"

Tramp: “Zelenski Ukraynanı məhv etdi"

Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs HƏBS EDİLDİ – FOTO/VİDEO

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs HƏBS EDİLDİ – FOTO/VİDEO

Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR - FOTO

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR - FOTO

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

End of content

No more pages to load

RADİO