Sahibkarı vergi yoxlamasından azad edəcək - “Üfüqi monitorinq”in üstünlükləri

Azərbaycan biznes mühitində 2026-cı ildən etibarən yeni bir səhifə açılır. Belə ki, Vergi Məcəlləsinə “Üfüqi monitorinq” sisteminin daxil edilməsi təklif olunur. Layihə qəbul edilərsə, sözügedən yenilik 2026-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
 

Bu yenilik sahibkarla vergi orqanı arasında münasibətləri inzibati nəzarətdən tərəfdaşlıq modelinə keçirərək, biznes mühitində etimad və şəffaflığın güclənməsini hədəfləyir. Belə ki, indiyədək vergi yoxlamaları əsasən müəssisələrdə aparılır, sənədlərin toplanması və prosesin tamamlanması bir neçə ay vaxt tələb edirdi.


Yeni sistem isə bu mexanizmi elektron mühitə daşıyacaq. Artıq vergi orqanları sahibkarın fəaliyyətini real vaxt rejimində izləyə biləcək, potensial uyğunsuzluqlar isə operativ şəkildə elektron kabinet üzərindən aradan qaldırılacaq. Bu isə həm biznes üçün əlavə rahatlıq, həm də dövlət üçün daha effektiv nəzarət deməkdir.

Bizim.Media İqtisadiyyat üzrə fəlsəfə doktoru, “Invest Finance MMC”nin rəhbəri, Azərbaycanın fəxri auditoru və maliyyə eksperti Anar Bayramovun mövzu ilə bağlı “qafqazinfo.az”a müsahibəsini təqdim edir:

- “Üfüqi monitorinq” nədir?

- Layihənin əsas məqsədi sahibkarla dövlət arasında etimad və şəffaflıq üzərində qurulmuş qarşılıqlı nəzarət modeli yaratmaqdır. Sadə dillə desək, bu sistem yoxlamasız nəzarət deməkdir.

Hazırda vergi orqanının əməkdaşları monitorinq aparmaq üçün müəssisəyə gəlir, sənədlər toplayırlar. Nəticədə yoxlama prosesi bəzən bir neçə ayadək uzanır. Dəyişiklikdən sonra isə hər şey elektron şəkildə, real vaxtda izlənəcək. Beləcə, vergi orqanı şirkətin məlumatlarına elektron formada baxacaq, sahibkar isə prosesi mütəmadi şəkildə izləyə biləcək. Bu, həm şəffaflıq yaradır, həm də sahibkarı gözlənilməz yoxlamalardan qoruyur.

- Kimlər bu sistemə qoşula bilər?

- Layihə ilkin mərhələdə yalnız orta və iri sahibkarlar üçün nəzərdə tutulur. Layihəyə qoşulmaq istəyən şirkətlər üfüqi monitorinqə qoşulmaq üçün müəyyən tələblərə cavab verməlidir. Belə ki, şirkətin mühasibat uçotu avtomatlaşdırılmış proqram təminatı vasitəsilə aparılmalı, eyni zamanda daxili nəzarət və vergi risklərinin idarəetmə sistemi mövcud olmalıdır. Bundan əlavə, sahibkarın barəsində cinayət işi və ya riskli vergi ödəyicisi qərarı olmamalıdır. Müraciətlər sentyabrın 1-dək elektron qaydada təqdim edilir və təsdiq alındıqdan sonra şirkət artıq monitorinqdə olan biznes statusu qazanır.

- Sistem necə işləyəcək?

-“Üfüqi monitorinq”in əhatə etdiyi dövr bir təqvim ili olacaq. Vergi orqanı həmin dövr ərzində şirkətin təqdim etdiyi məlumatları elektron audit vasitəsilə izləyəcək. Yoxlama prosesi artıq ofisdə və ya müəssisədə aparılmayacaq. Bütün sənədlər, hesabatlar və izahatlar elektron kabinet üzərindən təqdim olunacaq. Əgər sistemdə hər hansı uyğunsuzluq aşkarlanarsa, sahibkara bu barədə elektron sorğu göndəriləcək və 15 gün ərzində izahat vermək imkanı yaradılacaq.

- “Üfüqi monitorinq” sisteminin sahibkarlar üçün əsas üstünlükləri nədir?

- İlk növbədə bu sistemə qoşulan şirkətlər vergi yoxlamasından böyük ölçüdə azad olacaqlar.

Belə ki, monitorinqdə olan şirkətlərdə səyyar və kameral yoxlamalar aparılmayacaq. Yalnız istisna hallarda -transfer qiymətləri və xaricdən gələn məlumatlar üzrə yoxlamalar aparıla bilər. Eyni zamanda, həmin şirkətlər sanksiyalarda azadolma imkanı da qazanacaq. Yəni, riskləri əvvəlcədən açıqlayan sahibkara maliyyə sanksiyası tətbiq olunmayacaq. “Üfüqi monitorinq” sistemi etimad və şəffaflıq mühitinin formalaşması baxımından da üstünlüklərə malikdir. Çünki vergi orqanı və şirkət artıq “nəzarətçi–yoxlanılan” deyil, bərabər tərəfdaş kimi fəaliyyət göstərəcək. Eyni zamanda, monitorinqdə olan şirkətlər “etibarlı vergi ödəyicisi” kimi tanınacaq.

Ən önəmlisi, sənədlərin toplanması, yoxlama və izahat prosesləri elektronlaşdırıldığı üçün vaxta və resurslara daha çox qənaət ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

Əli Həsənova yeni vəzifə verilir

Əli Həsənova yeni vəzifə verilir

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

Bakının bu rayonunda 30 bina söküləcək

Bakının bu rayonunda 30 bina söküləcək

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI - VİDEO

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI - VİDEO

Azərbaycanda benzin və dizel istehsalı azalıb

Azərbaycanda benzin və dizel istehsalı azalıb

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

End of content

No more pages to load

RADİO