“TikTok” ötən il Azərbaycanda 3 milyonadək videonu silib

Qısa videolar üzrə aparıcı platforma olan TikTok Azərbaycanda yerli icmanın təhlükəsizliyini prioritet hesab edir və yaradıcı fəaliyyət üçün rahat mühitin formalaşmasına töhfə verir.

Təhlükəsizliyi qorumaq üçün TikTok ən innovativ texnologiyalardan və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən on minlərlə peşəkar mütəxəssisi bu prosesə cəlb edir.

Bizim.Media xəbər verir ki, platformada 24/7 rejimində fəaliyyət göstərən moderasiya komandası İcma Qaydalarını pozan videokontenti silir, həmçinin şəffaflıq prinsiplərinə uyğun olaraq hər rübdə silinmiş kontentlə bağlı məlumatları rüblük hesabatlarda açıqlayır.

İcma Qaydalarına əməl olunmasına dair hesabata əsasən, 2025-ci ilin ikinci rübündə Azərbaycanda:

İcma Qaydalarının pozulmasına görə 880 mindən çox video silinib.

Ümumi sayın 99,4%-i platforma tərəfindən proaktiv şəkildə — yəni şikayət daxil olmadan əvvəl müəyyən edilərək — silinib.

Videoların 98%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib ki, bu da dünya üzrə orta göstəricilərdən yüksəkdir.

Ötən il ərzində Azərbaycanda ümumilikdə 3 milyonadək video silinib.

Eyni zamanda, 2025-ci ilin ikinci rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq:

Təxminən 190 milyon videoçarx platformadan silinib.

Videokontentin 99,1%-i proaktiv şəkildə silinib.

Roliklərin 94,4%-i paylaşım edildikdən sonra 24 saat ərzində silinib.

90%-dən çoxu isə hər hansı şikayət daxil olmadan əvvəlcədən müəyyən edilərək silinib.
 

TikTok-da həmçinin bu ilin birinci rübü ilə müqayisədə dünya üzrə dayandırılmış LIVE yayımların sayında əhəmiyyətli artım müşahidə olunur. Bu artım platformanın moderasiya texnologiyalarının təkmilləşdirilməsi ilə bağlıdır.


Eyni zamanda, apellyasiya nəticəsində bərpa olunan yayımların sayı cüzi artıb, bu isə yeni tədbirlərin daha dəqiq və effektiv şəkildə tətbiq olunduğunu göstərir.

TikTok, həmçinin birbaşa yayımlarda təhlükəsizliklə bağlı daha çox məlumat açıqlamağa başlayır. Buna keçən il tətbiq olunan və bu standartları pozan kontentin monetizasiyasının qarşısını almağa yönəlmiş Monetizasiya Qaydalarına riayət olunmasını təmin edən öz tədbirləri də daxildir.

Belə ki, 2025-ci ilin ikinci rübündə TikTok dünya üzrə monetizasiya qaydalarını pozan 2 321 813 canlı yayım və 1 040 356 yayım sahibi ilə bağlı tədbirlər görüb, o cümlədən xəbərdarlıqlar və demonetizasiya tətbiq edib.
 

Xəbərdarlıqlar müəlliflərə kontentlərinin qaydalara zidd ola biləcəyini anlamağa və düzəliş etməyə imkan yaradır. Əgər qayda pozuntuları davam edərsə, TikTok müəllifin birbaşa yayımlarda monetizasiya funksiyasına müvəqqəti girişini məhdudlaşdıra bilər.


Şəffaflığın artırılması istiqamətində atılan addımlar çərçivəsində platforma bu məlumatları gələcəkdə birbaşa yayımların təhlükəsizliyinə dair hesabatlarda da əks etdirəcək. (Trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Qoz alarkən diqqətli olun - Satıcıların istifadə etdiyi üsul açıqlandı

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Ukraynada keşiş 3 nəfəri güllələdi – FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Dövlət Müəssisələri üzrə Qlobal Konfrans gələn il Bakıda KEÇİRİLƏCƏK - FOTO

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə BAŞLAYIB

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Hörmüz boğazında neft tankeri yanır – VİDEO

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Gömrükdəki nüfuz alverinə görə cinayət işi başlanıb

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Prezidentdən şəhid ailələri və müharibə əlilləri ilə bağlı SƏRƏNCAM

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Ramiz Mehdiyev YAP-dan XARİC EDİLDİ

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

Təhsilin süni intellekt SINAĞI - Direktorsuz və müəllimsiz məktəblər yaradılacaq

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

Əli Həsənova yeni vəzifə verilir

Əli Həsənova yeni vəzifə verilir

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

Bakının bu rayonunda 30 bina söküləcək

Bakının bu rayonunda 30 bina söküləcək

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

End of content

No more pages to load

RADİO