Qarabağda meyitlərin toplanması davam edir deyə, ölənlər barədə dəqiq rəqəm məlum deyil.
Bizim.Media xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov AzTV-nin "Əsas Məsələ" proqramında açıqlayıb ki, 138 hərbçimiz itkin düşmüş sayılır:
"Ekspertizaya gətirilən cəsədlərin sayı isə, 100-ə yaxındır. Ümumi götürsək, itkin düşmüş ermənilər daha çoxdur. Çünki proses başlayandan bəri, qarşı tərəf 735 hərbçisinin meyitini götürüb. Azərbaycan tərəfində isə bu rəqəm 311 nəfərdir".
Dövlət Komissiyası rəsmisinin sözlərinə görə, həm əsir, girov, itkin düşmüşlərdə, həm də meyitlərdə ermənilərdə say daha çoxdur.
Eldar Səmədov sonda vurğuladı ki, proses davam etdiyinə görə, dəqiq say məlum deyil və rəqəmlər dəyişə bilər.
Bizim.Media