Azərbaycanda Qarabağ Universiteti yaradılacaq.
Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dünənki iclasında açıqlama verilib.
Bundan əlavə AMEA-nın Regional Şuşa Elmi Mərkəzinin yaradılması da tədbirlər planında yer alan əsas məsələlərdəndir.
Bildirilib ki, həmin mərkəzdə digər elm sahələri ilə yanaşı, bölgənin ehtiyacına uyğun fizika məsələlərinin və təbii sərvətlərin fiziki xassələrinin tədqiqi üzrə Fizika Bölməsinin təşkil olunması öz əksini tapıb.
Bizim.Media