Daxili işlər orqanları əməkdaşlarına yeni avtomobillər verilib.
Bizim.Media-nın məlumatına görə, yeni pikap avtomobilləri müasir mobil cihazlarla təmin edilib. Amerika istehsalı olan pikap artıq polislərə təqdim olunub.
Avtomobillər əsasən post-patrul xidməti şəxsi heyəti üçün nəzərdə tutulub.
Qabaqcıl dövlətlərin polis xidmətlərinin istifadə etdiyi bu avtomobillər daha cəld manevr qabiliyyətinə malikdir.
Azərbaycan polisi artıq yeni avtomobillərlə xidmətə başlayıblar. Bu avtomobillər əsasən işğaldan azad olunan rayonlarda və dağlıq yerlərdə xidmətə cəlb olunacaq.
Bizim.Media
