Hazırda əksər küçə və prospektlərdə nəqliyyatın hərəkətində sıxlıq, tıxac müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib.
O bildirib ki, bu səbəbdən bütün istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər yaranıb, gecikmələr var.
Heydər Əliyev prospekti hər iki istiqamət kənar yol
Ağa Neymətulla küçəsi
Akademik Həsən Əliyev küçəsi
Koroğlu Rəhimov küçəsi
Təbrik küçəsi
Ziya Bünyadov prospekti
Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsi
Tbilisi prospekti
Qurum rəsmisi fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edib.
Bizim.Media