Bu gün Bakıda atəşfəşanlıq olacaq.
Bizim.Media xəbər verir ki, axşam 19:00- 20:00 radələrində Bakı bulvarında atəşfəşanlıq təşkil ediləcək.
Məlumata görə, pandemiya, həmçinin qüvvədə olan "Hərbi vəziyyət haqqında" qanunun tələblərindən irəli gələrək, vətəndaşların komendant saatına düşməməsi üçün əvvəlcədən bu barədə ictimaiyyət məlumatlandırılmayıb.
Bizim.Media