Vətən müharibəsində yaralanmış Tural Əsədzadənin ailəsi sosial dəstəklə təmin olunur.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalisinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. O bildirib ki, Turalın atasının istəyinə uyğun olaraq ailə növbədənkənar özünüməşğulluq proqramına cəlb edilib və yaxın günlərdə proqram çərçivəsində onların kiçik ailə təsərrüfatı qurulacaq.
"Nazirlik əməkdaşları Tural və ailə üzvləri (Bərdənin Sərkarlar kəndi) ilə görüşərkən onları bu barədə məlumatlandırıblar. Həmçinin onlara bildirilib ki, yaxın günlərdə Turalın əlilliyinin qiymətləndirilməsi aparılacaq və əlillik dərəcəsi təyin edildiyi halda aylıq sosial ödənişlər (təqaüd və müavinət) alacaq".
Bizim.Media