Mətanət Əzizovanın oğlunun həyatı təhlükədədir

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusla bağlı başlayan istintaqa Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın da cəlb olunması barədə məlumat vermişdik. İstintaqda ifadə verdikdən sonra həbs ediləcəyi barədə xəbərlər alan Mətanət Əzizova gecə ikən ölkəni tərk etmişdi. Bir neçə gün öncə isə o, mətbuata açıqlamasında getməsinin səbəblərinə aydınlıq gətirmişdi.

“Bu məsələ təkcə Mətanətlə bağlı deyil. İş hələ davam edir. Hələ də bunların mənim qızımdan nə istədiklərini başa düşə bilmirəm”. Bu sözləri Mətanət Əzizovanın anası, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı musavat.com-a deyib. O, qızının ölkəni tərk etməsinin səbəblərindən də danışıb: “Mətanətin yaxınlarda 40 yaşı tamam olacaq. Əgər 18 yaşı olsaydı, ölkədən getməsinə imkan verməzdim. Qızımın 18 yaşda oğlu var. Gedəndən sonra verdiyi müsahibədə ölkəni tərk etdiyini bildirib. Təəssüf edirəm ki, mətbuatda bu xəbər qaçmaq kimi verilib. Onu çox təhlükəli vəziyyətlər gözləyirdi. Hər kəs gördü ki, Mətanətin həbs edilmək təhlükəsi var. Ona verilən informasiya da dəqiq idi. Ad çəkmək istəmirəm. Çünki o insan ailəmə yaxşılıq edib”.

Hüquq müdafiəçisi qızının evində axtarış aparılarkən ev əşyalarının aparıldığını bildirdi: “Gözü gördükləri bütün əşyaları aparıblar. Bəzi sənədlərimiz hazırda tapılmır. Hətta həyat yoldaşımın ölüm kağızını belə aparıblar. Həmin gün evə hücum, polis əhatəsi, nəvəmə qarşı təzyiqlər, ondan sonrakı situasiyalar istintaqın nə yerdə olduğunu sübut edir. Qızımın övladı Camal xəstədir. Neçə illərdir ki, Mətanət onu xaricdə tanış həkim vasitəsilə müalicə etdirirdi. İndi nəvəmi də xaricə buraxmırlar. Artıq onun həyatı təhlükədədir. O, yüksək balla Diplomatiya Akademiyasına qəbul olub. Son günlərdə yaşadığı şokla bağlı sonuncu imtahanı çox zəif verib. Necə olacağını bilmirəm. Axtarış aparılan zaman Camalın kompüterini aparıblar. Onun içərisində kurs işləri, dərs ləvazimatları var. Dəfələrlə xahiş etsək də, qaytarmadılar. Bütün bunlardan sonra prokurorluğun verdiyi bəyanata necə inana bilərəm?” 

Mirvari xanım Leyla Yunusla bağlı dindirilən şahidlərin içərisində ən böyük hücumun qızına qarşı olduğunu söylədi: “Prokurorluq çox şahid dindirib. Hansına qarşı bu qədər hücum olub? Hansının ailəsi girovluqdadır? Artıq beynəlxalq təşkilatlar məndən ötrü də nigarandır. Qızımın ölkəni tərk etməsində Leyla Yunusun əli yoxdur. Prokurorluğun bəyanatı heç bir reallığı əks etdirmir. Hazırda Avropa ölkələrinin birindədir. 3 güclü təşkilatın nəzarətindədir. Həddindən artıq əsəb sarsıntısı keçirdiyi üçün müalicə olunur”.
“Sizə qarşı hər hansı bir təhlükələr varmı” sualına hüquq müdafiəçisi belə cavab verib: “Özümə qarşı heç bir təhlükə gözləmirəm. İnanın ki, zərrə qədər heç nədən qorxum yoxdur. Ədalət naminə demək lazımdır ki, indiyə qədər özümə qarşı təhlükələr görməmişəm. Sadəcə, stresslər keçirmişəm. İşlərim yolunda gedir, narahatçılıq yoxdur. İnsanın ailəsində olan təhlükələr ən böyük zərbədir. Hansı ki, mənə qarşı bunlar oldu”.
Mirvari Qəhrəmanlı qızı üçün çox darıxdığını da diqqətimizə çatdırdı: “Gecələr ürəyim göynəyir. Axı o, mənim balamdır. İki qızım var. 18 yaşlı nəvəm dünən yanıma gələrək, başını çiynimə qoyub ”nənə, anamı istəyirəm" dedi. O, ana övladıdır. Ananı balaya, övladı anaya həsrət qoymaq olmaz. Mətanət bilir ki, övladını görmək üçün Azərbaycana gəlsə, dərhal həbs ediləcək". 

Mirvari Qəhrəmanlı səhhətində problemlər qaldığını da söylədi: “Həkimlər ikinci dəfə insult keçirsəm, öləcəyimi deyirlər”.
Musavat/com
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

Azərbaycan və BMT arasında ekoloji problemlərin həlli müzakirə edildi - FOTO

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

“Real”la münaqişəyə görə vəzifəsindən GEDƏ BİLƏR

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

Tramp: “Zelenski Ukraynadakı münaqişənin başa çatmasını istəmir”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

“Çox nahaq yerə özün üçün yaşayırsan”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Lavrov: “Dünya enerji sabitliyini Rusiya deyil, ABŞ və Aİ pozmağa başlayıb”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

Tramp: “Fransiyadakı vəziyyət çox kədərlidir”

UEFA FİFA-dan HESABAT tələb etdi

UEFA FİFA-dan HESABAT tələb etdi

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Mağazaların “qaytarılmır” bəhanəsi - arxasında nə dayanır?

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 6 İL ÖTÜR

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Melonidən sonra onlar… - Kraliça və şahzadə saxta görüntülərin QURBANI OLDULAR

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Leyla Əliyeva Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertində - FOTO

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Ronaldo millidəki davranışına görə CƏZALANDIRILDI

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Astaranın 5 ərazisində QAZ OLMAYACAQ

Parisda komendant saatı ELAN OLUNDU

Parisda komendant saatı ELAN OLUNDU

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Yavər Şıxəliyev VƏFAT ETDİ

Yavər Şıxəliyev VƏFAT ETDİ

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

End of content

No more pages to load

RADİO