Zəfər paradına görə hansı küçə və prospektlər bağlanacaq? - Rəsmi

Bakıda keçiriləcək qələbə paradına hazırlıq işləri davam edir.

Bizim.Media xəbər verir ki, yol polisi bununla əlaqədar sürücülərə müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki,  Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqədar texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub.

“Hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib".

Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş edirik ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.

Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız "10-cu zavod dairəsi" və Babək prospektindən keçməklə hərəkət etməlidir.

Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.

"Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib”, - deyə o bildirib.

V.Əsədov sürücüləri ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün qaydalara əməl etməyə çağırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin G20-nin Mayami sammitində şəxsən iştirak edəcəkmi? – Kremldən AÇIQLAMA

Putin G20-nin Mayami sammitində şəxsən iştirak edəcəkmi? – Kremldən AÇIQLAMA

Ərini qətlə yetirən qadının məhkəməsi: "Oğlumu öldürdüyünü gizlədib" - FOTO

Ərini qətlə yetirən qadının məhkəməsi: "Oğlumu öldürdüyünü gizlədib" - FOTO

Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU

Aeroport şosesində qorxunc qəzanın ANBAAN VİDEOSU

Bu il yol qəzalarında neçə nəfər HƏLAK OLUB?

Bu il yol qəzalarında neçə nəfər HƏLAK OLUB?

Aptek rəflərindən silinən tanış ad – “Maaloks” niyə YOXA ÇIXIB?

Aptek rəflərindən silinən tanış ad – “Maaloks” niyə YOXA ÇIXIB?

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Azərbaycan XİN Türkiyəni təbrik etdi - FOTO

Bakıda “Iphone” oğrusu kameraya düşdü – ANBAAN VİDEO

Bakıda “Iphone” oğrusu kameraya düşdü – ANBAAN VİDEO

“Changers Academy” AzMİU-da təqdimat keçirdi: Gələcəyin karyera imkanları diqqət mərkəzində!

“Changers Academy” AzMİU-da təqdimat keçirdi: Gələcəyin karyera imkanları diqqət mərkəzində!

Hindistanın siqh diasporuna qarşı transmilli repressiyası ilə bağlı hesabat hazırlanıb

Hindistanın siqh diasporuna qarşı transmilli repressiyası ilə bağlı hesabat hazırlanıb

Ağdam, Qırmızı Bazar və Badara sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib – FOTO

Ağdam, Qırmızı Bazar və Badara sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib – FOTO

Qusarda su və qaz LAYİHƏLƏRİ – İcrası nə yerdədir? -FOTO

Qusarda su və qaz LAYİHƏLƏRİ – İcrası nə yerdədir? -FOTO

Tramp İrana son tarix təyin edib? - Ağ Ev AÇIQLADI

Tramp İrana son tarix təyin edib? - Ağ Ev AÇIQLADI

Arda Gülər zədələndi - Dünya çempionatına qatılacaqmı?

Arda Gülər zədələndi - Dünya çempionatına qatılacaqmı?

Səfərbərlik Xidmətinin daha üç rayon şöbəsində ƏMƏLİYYAT - Vəzifəli şəxslər Bakıya gətirilir...

Səfərbərlik Xidmətinin daha üç rayon şöbəsində ƏMƏLİYYAT - Vəzifəli şəxslər Bakıya gətirilir...

Aİ-dən ayrılan 90 milyard avro hara xərclənəcək? – Zelenskidən AÇIQLAMA

Aİ-dən ayrılan 90 milyard avro hara xərclənəcək? – Zelenskidən AÇIQLAMA

Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO

Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO

SON DƏQİQƏ! Səfərbərlik Xidmətinin Saatlı şöbəsində KORRUPSİYA ƏMƏLİYYATI – Saxlanılanlar var

SON DƏQİQƏ! Səfərbərlik Xidmətinin Saatlı şöbəsində KORRUPSİYA ƏMƏLİYYATI – Saxlanılanlar var

Neft Fondunun gəlirləri bu il 3,2 milyard manata yaxınlaşıb

Neft Fondunun gəlirləri bu il 3,2 milyard manata yaxınlaşıb

Bakının bu ərazisinə 2 gündür su gəlmir – Rəsmi AÇIQLAMA

Bakının bu ərazisinə 2 gündür su gəlmir – Rəsmi AÇIQLAMA

Donbasa Trampın adının verilməsinə Zelenskidən REAKSİYA

Donbasa Trampın adının verilməsinə Zelenskidən REAKSİYA

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu – RƏSMİ

Bakı metrosunda qatarların hərəkəti tam bərpa olundu – RƏSMİ

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

Felipe Santos “Turan Tovuz”a KEÇİR?

ARDNF I rübdə 22 ton qızıl satıb – RƏSMİ

ARDNF I rübdə 22 ton qızıl satıb – RƏSMİ

Zənginlik ölçüləri DƏYİŞDİ: Dünyanın ən varlı ölkələrinin YENİ SİYAHISI

Zənginlik ölçüləri DƏYİŞDİ: Dünyanın ən varlı ölkələrinin YENİ SİYAHISI

End of content

No more pages to load

RADİO