"Hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Belə bir hal səhv addım olar".
Bizim.Media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
"İl ərzində bir neçə məktəb direktoru valideynlərdən pul yığılmasına görə vəzifədən azad edilib. Biz bu işi yenə davam etdirəcəyik", - o qeyd edib.
Bizim.Media