İranın xaricdəki bir sıra səfirlik və baş konsulluqları, o cümlədən Bolqarıstandakı və Əfqanıstanın Məzari-Şərif şəhərindəki diplomatik nümayəndəlikləri rəsmi hesablarında ölkənin hərbi gücünü nümayiş etdirən LEGO üslublu animasiya çarxı paylaşıblar.
Bizim.Media xəbər verir ki, paylaşımlar Donald Trampın əvvəlki mövqeyindən geri çəkilməsi və atəşkəs rejiminin uzadılması ilə bağlı açıqlamalarından sonra edilib.
Yayılan videoda İranın hərbi imkanları konstruktor üslubunda təsvir olunur. Paylaşım sosial şəbəkələrdə diqqət çəkib.
Bizim.Media