İranda müxalif Mücahidin-e-Xəlq təşkilatının üzvü Sultanəli Şirzadi Fəxr edam olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranın Mizan məhkəmə agentliyi yayıb.
Məlumata görə, o, uzun illər bu təşkilatda aktiv fəaliyyət göstərməklə yanaşı, İsrailin “Mossad” kəşfiyyatı ilə əməkdaşlıqda da ittiham olunub.
Bildirilib ki, Sultanəli Şirzadi Fəxr saxlanıldıqdan sonra dindirmə zamanı İrana qarşı “terror əməliyyatlarında” iştirak etdiyini etiraf edib.
Qeyd edək ki, Mücahidin-e-Xəlq İran siyasi mühacirətinin ən böyük hərbi-siyasi təşkilatı sayılır və qərargahı Albaniyada yerləşir.
Təşkilatın əsas məqsədi İranda mövcud rejimin devrilməsi kimi göstərilir.
Qurumun lideri Məryəm Rəcəvidir.
Bizim.Media