“Qarabağ”ın qapıçısı Fabyan Buntiç Avropa klublarının diqqətini çəkib.
Bizim.Media xəbər verir ki, 29 yaşlı futbolçu “Siqma”nın maraq dairəsindədir.
Çexiya yüksək liqasında mübarizə aparan klub Buntiçi heyətinə qatmağı planlaşdırır.
Lakin çexlərin təklif etdiyi maaş Buntiçi razı salmır. Əgər maliyyə şərtlərində razılıq əldə edilərsə, qolkiper Çexiyaya yollanacaq. Əks halda isə, Fabyan "Qarabağ"da qalacaq.
Qeyd edək ki, 29 yaşlı futbolçu “İnqolşdadt”, “Vizela” klublarının qapısını qoruyub. O, Xorvatiyanın U-19 yığmasının sabiq üzvüdür.
Rəşad Rafiqoğlu, Bizim.Media