"ASAN xidmət"də süni intellekt təlimləri BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən əməkdaşların rəqəmsal bacarıqlarının inkişafı istiqamətində süni intellekt üzrə icbari təlimlərə start verilib.

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təşkil olunan təlimlər bu günədək Bakı, Şuşa, Salyan şəhərlərində həyata keçirilib və mərhələli şəkildə digər regionlarda da davam etdirilir.
 

Əsas məqsəd əməkdaşların süni intellekt alətlərindən gündəlik və işgüzar fəaliyyətlərində səmərəli istifadəsini təmin etmək, iş proseslərini optimallaşdırmaq, qərarvermə sürətini və keyfiyyətini artırmaq, eləcə də rəqəmsal transformasiya proseslərinə uyğun bacarıqlar formalaşdırmaqdır.


Proqram çərçivəsində Agentliyin strukturunda fəaliyyət göstərən 5500-dək əməkdaşın mərhələli şəkildə bu təlimlərə cəlb olunması nəzərdə tutulur. Təlimlərdə iştirak edən əməkdaşlar süni intellekt alətlərinin praktiki tətbiqi, məlumatların effektiv idarə olunması, kontent yaradılması və iş proseslərinin avtomatlaşdırılması istiqamətində bilik və bacarıqlar əldə edirlər.
 

Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixində imzaladığı “Azərbaycan Respublikasında Süni İntellektin İnkişafına dair 2025–2028-ci illər üçün Strategiya” sənədində müəyyən edilmiş prioritetlərin davamı kimi həyata keçirilir.


"ASAN xidmət" innovativ inkişafı dəstəkləyən yanaşması çərçivəsində insan kapitalının inkişafını əsas prioritetlərdən biri kimi müəyyən edib.

Əməkdaşların müasir çağırışlara uyğun yeni bilik və bacarıqlarla təmin edilməsi ilə dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnuniyyətinin davamlı yüksəldilməsinə töhfə verilir.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Meloni deepfake təhlükəsinə qarşı 4 saniyəlik səsini qeydiyyatdan keçirdi

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Alimlər: Qadınlar kişilərdən daha çox ağrı hiss edirlər

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

Trampın keçmiş köməkçisi yeni işə başlayır – FOTO

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

İspaniyada çaylar qara rəngə boyandı - Foto/Video

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

DİM sədri ali məktəblərdə dövlət sifarişi üzrə yerlərin boş qalmasının səbəbini AÇIQLADI - FOTO

Sumqayıtda tikilidə yanğın oldu

Sumqayıtda tikilidə yanğın oldu

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlıları birgə təlimdə - FOTO

Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

Azərbaycanda modul və konteyner tipli məktəb binaları quraşdırılacaq

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

iPhone 18 Pro sahibləri ilk şikayətlərini etdilər: “Korpusun rəngi solur”

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

Bank tətbiqi donursa, çıxış yolu telefonu təzələməkdir? - Mütəxəssisdən AÇIQLAMA

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

“Azərsun Holdinq” Təmizlik Kağızları Fabrikinə mediatur keçirib – FOTO

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

Xaçmazda velosiped sürən məktəbliləri avtomobil vurdu

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

AQTA əməkdaşlarını restorana buraxmadı, cərimələndi

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

DİQQƏT! Bakının 5 rayonunun və Abşeronun bir hissəsində su kəsiləcək

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Ukrayna 2026-cı ildə hər ay Rusiyadan daha çox hərbçi əsir götürür

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

Türkiyə Hərbi Hava Qüvvələri yeni Eskadrilya yaratdı - F-16 ilə ilk uçuş – FOTO

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

"Sevgi tapmaq pul qazanmaqdan çətindir"

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Oğuzda keçmiş ər-arvad bir-birini döydü

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Avropanın populist liderləri Trampdan uzaqlaşır – SƏBƏB

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Bu şəxslərin təhsilhaqqı dövlət hesabına ÖDƏNİLƏCƏK

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

Vakansiyada yaş tələbi qoyan müdirlərə XƏBƏRDARLIQ – RƏSMİ

End of content

No more pages to load

RADİO