Daşkəsəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-ya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dekabrın 4-də saat 8 radələrində Daşkəsən rayonunun Çovdar kəndi ərazisində Yevlax rayon sakini V.Mustafayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb.
Hadisə nəticəsində Tovuz rayon sakini Şahlar Abbaslı aldığı xəsarətlərdən yerində ölüb.
Daşkəsən RPŞ tərəfindən araşdırma aparılır.
Bizim.Media