Böyük Britaniya səfiri: “Ermənistan işğal olunmuş ərazilərdən çəkilməlidir”

Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Xəzər Universitetində “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasəti və siyasi mədəniyyəti” (Politics and Political Culture of the United Kingdom of Great Britain and Northern İreland) adlı məruzə ilə çıxış edib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, universitet tələbələrinin iştirak etdiyi tədbirdə səfir əvvəlcə təmsil etdiyi ölkənin siyasəti, ənənələri, xarici siyasəti barədə danışıb. O, Ukraynada və digər ölkələrdə müşahidə olunan qeyri-stabil vəziyyətə də toxunub.

Azərbaycanla əlaqələrdən bəhs edən İ.Sıddık deyib ki, Böyük Britaniya Azərbaycanla xüsusən enerji və iqtisadi sahələrdə güclü əlaqələrə malikdir: “Əlaqələrimiz əladır. Britaniya Azərbaycanda ən böyük xarici sərmayəçidir. Sərmayələrin 50 faizi Böyük Britaniyanın payına düşür. Bu, həm Azərbaycan, həm də Britaniya üçün faydalıdır”.

Səfir əlavə edib ki, iki ölkənin insanları arasında sıx əməkdaşlıq var. Onun sözlərinə görə, bir çox azərbaycanlı tələbə Böyük Britaniyada təhsil alır: “Eyni zamanda çoxlu azərbaycanlı turist Britaniyanı ziyarət edir. Biz viza sistemini dəyişdik ki, onu daha da təkmilləşdirək. Çünki ildən-ilə daha çox azərbaycanlı turist Britaniyaya səfər edir”.

Şotlandiyanın Böyük Britaniyadan ayrılması barədə diskussiyalara və Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat bildirib ki, yaxın 6 ay ərzində Şotlandiyanın Britaniyadan ayrılması ilə bağlı debatlar keçiriləcək: “Hamı razılaşır ki, Ermənistan işğal olunmuş ərazilərdən çəkilməli, bu torpaqlar Azərbaycana qaytarılmalıdır. Britaniyada baş verənlər də maraqlıdır. Şotlandiyada bəzi insanlar Britaniyanın tərkibində qalmaq istəmirlər. Müharibə etməkdənsə, biz referendumu keçirəcəyik. Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsində çıxış yolu da referendum olmalıdır. Bu, statusun müəyyən edilməsi üçün məntiqli kompromisdir. Ortada birbaşa münaqişə var, bəziləri Azərbaycanda qalmaq istəyir, bəziləri isə yox. Bizdə də elədir. Bəziləri Britaniyada olmaq istəyir, bəziləri yox. Baxaq görək nə olacaq”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DYP-dən yüksək sürətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən yüksək sürətlə bağlı sürücülərə XƏBƏRDARLIQ

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən AÇIQLAMA

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

İsraildə Pentaqon rəhbəri Netanyahu ilə gizli görüş keçirdi

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

18 yaşlıı Rusiya vətəndaşı gizli məlumatları Ukraynaya ötürürmüş – FTX HƏBS ETDİ

Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI

Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı narazılıqlardan DANIŞDI

Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Araqçi: “Tehran və Moskva heç vaxt indiki qədər sıx əməkdaşlıq etməyib”

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı

Vüsal İbrahimov VƏFAT ETDİ

Vüsal İbrahimov VƏFAT ETDİ

Mobil telefonlardan POS-terminal kimi istifadə MÜMKÜN OLACAQ

Mobil telefonlardan POS-terminal kimi istifadə MÜMKÜN OLACAQ

Bu bağçada nöqsanlar aşkarlandı - Protokol tərtib olundu

Bu bağçada nöqsanlar aşkarlandı - Protokol tərtib olundu

Yaponların sürətli paltar qurutma texnikası

Yaponların sürətli paltar qurutma texnikası

Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO

Sərxoş kişi 67 yaşlı qadını vəhşicəsinə döydü – ANBAAN VİDEO

30 yaşında başlayır, yuyunmaqla belə keçmir

30 yaşında başlayır, yuyunmaqla belə keçmir

Vladivostokda Soljenitsının abidəsi söküldü

Vladivostokda Soljenitsının abidəsi söküldü

Biləsuvarda ağır qəza: 1 ölü, 1 yaralı var

Biləsuvarda ağır qəza: 1 ölü, 1 yaralı var

Azərbaycan neftinin qiyməti ARTDI

Azərbaycan neftinin qiyməti ARTDI

Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

Tramp: “Paris "müsəlman şəhəri"nə çevriləcək”

Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB

Bu gün Bakı metrosu xüsusi rejimdə işləyəcək – SƏBƏB

“Kupça”sız evə bu yolla sənəd almaq olar

“Kupça”sız evə bu yolla sənəd almaq olar

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə CƏZA VERİLDİ

Məktəbli qıza əxlaqsız hərəkətlər edən taksi sürücüsünə CƏZA VERİLDİ

Onlar Bakıda bir araya gəldi - Süni intellekt mövzusu GÜNDƏMDƏ

Onlar Bakıda bir araya gəldi - Süni intellekt mövzusu GÜNDƏMDƏ

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

“Lotu Quli”nin yaxın adamını qətlə yetirən ŞƏXSDƏN XƏBƏR VAR

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

Cinayətkar zərərçəkmişlə barışsa, cəzası azaldılacaq? – Ali Məhkəmədən QƏRAR

End of content

No more pages to load

RADİO