Qənirə Ataşovanı Türkiyədə polisə aparıblar

Suriyada döyüşən azərbaycanlılarla görüşmək üçün bu ölkəyə ezam olunan ANS TV-nin xüsusi müxbiri Qənirə Ataşova səfər təəssüratları barədə yazıb. 

“Qafqazinfo” xəbər verir ki, jurnalist Suriyada Türkiyə kəşfiyyatçıları ilə qarşılaşması və polis bölməsinə aparılmasından danışıb:

“Suriyadayıq. Silahlılarla bərabər ocağın başında toplaşmışıq, onlar da bizə qəribə-qəribə baxırlar. İçlərindən iki nəfər seçilirdi. Həm yaraşıq, qamət, həm də sağlam düşüncələri ilə. Ürəyimdə sezdim ki, bunlar nəsə başqadırlar. Bir də gördük bunlar bizim ölkənin siyasətindən danışmağa başladılar. Bu ərəfədə bizim Hikmət Əsgərov mənə işarə etdi. Onun da şübhələndiyini başa düşdüm. Hissimiz bu iki adamın Türkiyə kəşfiyyatının adamı olması idi. Xeyli söhbət etdik, gecəni yarı etdik... Dünyanın altını da bilirdilər, üstünü də. Mənə massonluğun detallarını xırdaladılar. Az qalmışdı özümün masson olduğumu da düşünəcəkdim.... Nə isə... Bu adamlarla bağlı şübhəmizi səhər açılar açılmaz Hikmət dəqiqləşdirdi. Kəşfiyyatdır. Çox şey baş verdi. Dönməyə qərarı ani anda verdik. Türkiyəyə gələr-gəlməz hər şey su kimi aydın oldu. Dağı piyada aşandan sonra taksi ilə şəhərə doğru gəlirdik. Maşınımız dayananda saxlanıldığımıza 100 faiz əmin oldum. Tez-tələsik bizi müşayiət edən Ömər qardaşa ( Suriyada 500 nəfərlik ordusu var) həqiqəti desəm sizə söz gələrmi sualı oldu? O sadəcə gülümsədi və cavab verməyə vaxt tapmadı... Burasını da deyim ki, kəşfiyyatın bu iki əməkdaşı da çox sağlam görünüşə sahib idilər. Əvvəlcə pasportlarımızı istədilər.  Sonra biri gəlib maşınımıza oturdu. Dedi gəlin tanış olaq. Amma hansı təşkilatdan olduqlarını demədilər. Dilimi dinc qoymayıb kəşfiyyatdansınızmı, dedim və sənədlərimizi özümüz verdik. Nə isə filimlərdə gördüyümüz bu iki igid bizi düz polis bölməsinə gətirdi... Sadəcə söhbət edək dedi. Biz də imtina etmədik, meşədəki yol yorğunluğumuzu burada çıxararıq dedik. Bu zaman Mir Şahin müəllimdən zəng gəldi. Hikmətlə qərara aldıq ki, şirkətdəkiləri hələ narahat etməyək və məsələni özümüz həll edək”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

İnsan təkamülündə göbələklərin təsiri – MARAQLI TƏDQİQAT

"Çelsi"nin kapitanı əməliyyat olundu

"Çelsi"nin kapitanı əməliyyat olundu

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Ukraynanın Aİ-yə üzvlüyü sürətlənir – Birgə işçi qrupu yaradıldı

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

Gec saatlara qədər işləyirsiniz? - Bu, çəkinizə düşündüyünüzdən daha çox təsir edə bilər

"Məcburam dərdimi sizinlə bölüşüm"

"Məcburam dərdimi sizinlə bölüşüm"

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Lukaşenkodan Trampa ETİRAZ: “Ukrayna prezidentinin kim olacağına o qərar verməməlidir”

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Azər Bağırov qələbəni ona həsr etdi

Azər Bağırov qələbəni ona həsr etdi

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

End of content

No more pages to load

RADİO