"Manatın dizaynında qanunsuz işarə var".
Moderator.az-ın Hüquq.TV-yə istinadən məlumatına görə, bu fikirlər hüquqşünas Əkrəm Həsənova məxsusdur. O qeyd edib ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən pul nişanları müəlliflik hüququnun obyekti deyil. Buna baxmayaraq, manatda müstəsna müəlliflik hüququnun ("© ÐМВ 2005") işarəsi var: "Guya manata dair müəlliflik hüququ Mərkəzi Banka məxsusdur. Maraqlısı həm də odur ki, sol tərəfdə Mərkəzi Bankın sədrinin imzası da var. Mərkəzi Bankın sədri dəyişsə, yeni sədrin imzası ilə buraxılan pul nişanları müəlliflik hüququnun yeni obyekti olacaq?!"