Mərdan Palace-ın sahibi Azərbaycanlı iş adamı Telman İsmayılov otelində həyat yoldaşı üçün ad günü partisi keçirib. Moderator.az-ın məlumatına görə, Dünya ulduzlarına minlərlə pullar ödəyib, quş südü belə əksik etməyən İsmayılov, Türkiyənin Süperstar-ı sayılan Ajda Pekkanı səhnədən düşürdüb.
Milyarder
həyat yoldaşı Samirə xanımın ad günü naminə şəxsi otelində, 60 ən yaxın insanın
qatıldığı bir gecə təşkil edib. Hər bir şeyin lüks olduğu partidə çıxış etməsi üçün
səhnəyə Ajda Pekkan dəvət edilib. Səhnəyə çıxaraq sevilən mahnılarını ifa edən
superstar, mahnıları ilə qonaqları şənləndirib, lakin 10-cu mahnıda səsinin
birdən kəsilməsindən şoka düşüb.
Gecədə
səhnəyə çıxması üçün sənətçiyə 300 min lira (140 min manat) ödəyən Telman İsmayılov
müğənninin performansını bəyənməyib. Əsəbiləşərək masasından qalxıb: “Budurmu
sizin superstar, budur Ajda Pekkan? düşürdün səhnədən bu qadını.” deyib.
Dəvətlilərin iş adamına təəcüblü baxışına belə fikir verməyən İsmayılovun hirsi
soyumaq bilməyib.
Nələr
baş verdiyini başa düşməyən Ajda Pekkanı meneceri yaxınlaşaraq səhnədən
düşürüb. Tələsik otağına yollanan məşhur müğənni, əşyalarını yığaraq oteli tərk
edib.