Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
Bizim.Media xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Mənbə bildirir ki, hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.
Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb. Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.
Bizim.Media