«İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Füzuli rayonu ərazisinə atdığı ağ fosforlu mərmi zərərsizləşdirilib».
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "twitter"də yazıb.
“Füzuli rayonunda beynəlxalq KİV-in kameraları qarşısında Ermənistanın atdığı ağ fosfor mərmisi zərərsizləşdirilib. Ağ fosforun istifadəsi qadağandır”, - Prezidentin köməkçisi bildirib.
Bizim.Media