Abşeron rayonunun Xırdalan şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, minik avtomobili avtobus dayanacağında dayanan 1963-cü il təvəllüdlü Həsənova Arzu Faiq qızını vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media