Zəlzələ Yaponiyanı yerindən OYNATDI

Amerikalı və fransız seysmoloqların qənaətinə görə, 2011-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində Yaponiya ərazisi bütövlükdə 5–6 millimetr şərqə doğru sürüşüb.

Bizim.Media xəbər verir ki, “Science” elmi jurnalında dərc olunmuş tədqiqatda bu barədə qeyd olunub.

Zəlzələnin yaratdığı dalğalar Yer nüvəsinə qədər çatıb, oradan əks olunaraq geri qayıdıb və ölkənin altında yerləşən litosfer plitələrinin yerini dəyişməsinə səbəb olub.

“Biz müəyyən etdik ki, 2011-ci ilin martında Honsyu adası sahillərində baş vermiş çox güclü zəlzələdən sonra faktiki olaraq bütün Yaponiya qeyri-adi şəkildə yerini dəyişib”, - deyə məqalədə qeyd edilir.
 

ABŞ-ın Çikaqo Universitetinin dosenti Pak Sonyenin rəhbərlik etdiyi alimlər qrupu bu hadisəni zəlzələ zamanı Yaponiya ərazisində fəaliyyət göstərən minlərlə seysmik stansiyanın və çoxsaylı yüksək dəqiqlikli GPS sensorlarının topladığı məlumatları araşdırarkən aşkar edib. Daha əvvəl seysmoloqlar təkanların belə nəticələri ilə qarşılaşmamışdılar.


Bir neçə tektonik plitənin eyni vaxtda hərəkətə gəlməsi əsas təkanın baş verməsindən təxminən 13 dəqiqə sonra qeydə alınıb. Həmin vaxt seysmik stansiyalar qərbdən şərqə doğru hərəkət edən qeyri-adi sürüşmə dalğasını müşahidə ediblər.

Tədqiqatçılar müəyyən ediblər ki, bu tərəddüdlər zəlzələnin ilk təkanının yaratdığı seysmik dalğaların bir neçə dəqiqə ərzində Yer nüvəsinə çataraq oradan əks olunması və yenidən səthə qayıtması nəticəsində yaranıb.

Nəticədə Sakit okean, Oxot, Avrasiya və digər litosfer plitələri arasındakı sərhədlər aktivləşib və bu da plitələrin qəfil yer dəyişməsinə səbəb olub.

Alimlər vurğulayıblar ki, “superzəlzələlərin” belə bir mexanizmlə başlaya bilmə ssenarisi indiyədək seysmik təhlükə proqnozları hazırlanarkən nəzərə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Canni İnfantinonun seçkilərdən kənarlaşdırılması TƏLƏB OLUNUR

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Kim Çen In Trampın danışıqlar təklifinə cavab verib

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Güləşçilərimiz dünya çempionatına iki medalla start verdilər

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Çox sayda insanın həlak olduğu qəza yerindən GÖRÜNTÜLƏR - VİDEO

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Hakan Fidan Əraqçi ilə atəşkəsi müzakirə etdi

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Böyük Britaniyada kiberqalmaqal: Nazirlərin telefon nömrəsi internetə sızdı

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Yunanıstanda helikopter qəzası: Britaniyalı cütlük və pilot həlak olub

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Prezidentin xüsusi nümayəndəsi Rumıniya Parlamentinin deputatları ilə görüşdü - FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

Bakıda dəhşətli qətl: Birlikdə yaşadığı qadını 21 dəfə bıçaqladı, sonra isə evini yandırdı – FOTO

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

İran Hörmüz boğazında BƏƏ-yə məxsus tankeri ƏLƏ KEÇİRDİ

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Premyer Liqa: "Qarabağ" "Şamaxı"nı məğlub etdi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Gəncədə qəza: İki azyaşlı və bir qadın xəstəxanaya yerləşdirildi

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Bakıda iki məktəb direktoru işdən çıxarıldı - Səbəb

Kamilə Babayevaya ağır itki

Kamilə Babayevaya ağır itki

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Sabah çimərliyə getmək istəyənlər üçün XOŞ XƏBƏR

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Bərdədə üç avtomobil toqquşdu - Yaralananlar var - FOTO

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ermənistan Azərbaycana 17 milyon dollar ÖDƏDİ

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Ceki Çana Bakıda qeyri-adi hədiyyə - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Kabildə özəl məktəbin qarşısında partlayış: Uşaqlar yaralanıb - VİDEO

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Fındığın kiloqramı 7 manat BAHALAŞDI

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

Şəmkirdəki qəzada ölən və xəsarət alanların adları MƏLUM OLDU

End of content

No more pages to load

RADİO