Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Yevlax rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd olunub.
Bizim.Media xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlıqlar kəsilib.
Ümumilikdə 3 ton qurban əti 1500 ailəyə - Birinci və İkinci Qarabağ müharibəsi qazilərinə, şəhid və aztəminatlı ailələrə paylanıb.
Bayram payı alan ailələr bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bizim.Media