DÖRDÜNCÜ DALĞA: “Başqa klinik əlamətlər olacaq” - Professordan XƏBƏRDARLIQ

Avropada koronavirusun dördüncü dalğası başlanır. Ayın əvvəlində Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Klyuqenin bu barədə xəbərdarlıq etməsinə baxmayaraq, nəinki dünyanın digər yerlərində, elə Avropanın özündə təşviş hiss olunmur, karantinlərə çağırış yoxdur.

Əksinə, bəzi ölkələrdən vaksinasiya prosesi ilə əsaslandırılaraq, məhdudiyyətlərin tətbiq edilməyəcəyi barədə açıqlamalar verilir. Eləcə də ölkələrin iqtisadiyyatlarının artım tempinin pandemiyadan əvvəlki dövrdə olduğu səviyyələrə çatdırılacağı proqnozlaşdırılır.

Pandemiya amilinin əksinə olaraq neftə təlabatın artacağı, bunun da öz növbəsində qiymət artımına öz təsirini göstərəcəyi qeyd olunur.

ÜST-dən başqa, ayrı-ayrı ölkə rəhbərləri də öz vətəndaşlarına "4-cü dalğa" xəbərdarlığını edirlər, o cümlədən də bəzi ölkələrdə həqiqətən də yoluxma yüksək həddədir, amma necə deyərlər, hərə öz işindədir. Koronavirus xəbərdarlıqlarının nəticəsində stress yaranmaması və bunun insanların səhhətinə mənfi təsir etməməsi sevindirici hal olsa da, əsas məsələ COVID-19 təhlükəsinin nə qədər real olaraq qalmasındadır?

Qeyd edək ki, yeni dalğa daha çox "Delta" ştammı ilə əlaqələndirilir.

4-cü dalğa xəbərdarlıqları niyə dünyada əvvəlkilər qədər ciddi qarşılanmır? Daha əvvəl proqnozlaşdırıldığı kimi insanlar viruslarla yaşamağa öyrəşib, yoxsa koronavirus əvvəlki qədər təhlükəli deyil?

Professor Adil Qeybulla Bizim.Media-ya açıqlamasında təhlükənin real olaraq qaldığını və bütün hallarda ehtiyyatlı davranmağın tərəfdarı olduğunu bildirib:

"Bizim insanlar fakt baş verəndən sonra reaksiya verirlər. Hələ indiyədək "boş şeydir" yazanlar da var. Bütün iaşə müəssisələri səhər-axşam doludur, əvvəlki kimi 500 nəfərlik toylar baş verir, bunlar böyük yoluxma potensialıdır. Pandemiyadan nə dərs çıxarıldı& - Heç nə. Əlbəttə bütün bunlar gələcəkdə dördüncü dalğaya doğru aparır".

Professor qeyd edib ki, Rusiyanın təcrübəsi sübut edib ki, vaksin vurulanların da böyük əksəriyyəti xəstələnirlər:

"Hətta xəstəliyi xeyli ağır keçirirlər. "Delta+" ştammı da artır, tamamilə başqa bir klinik aləmətləri üzə çıxır. Xəstələrdə uzun müddət temperatur düşmür, daha gənc nəsli əhatə edir. Bütün bunlar narahatlıq doğurur və düşünürəm ki, bu Azərbaycana yayıldığı halda vəziyyət ciddi ola bilər. Operativ Qərargah indidən bu məsələlərlə məşğul olmalıdır".

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BİZİM TƏQVİM: 20 iyunda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 20 iyunda baş vermiş tarixi hadisələr

Uşağın yanında "pulumuz yoxdur" deməyin - Psixoloq

Uşağın yanında "pulumuz yoxdur" deməyin - Psixoloq

Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir? – VİDEO

Bakıda uçan qarışqalar çoxalıb - Səbəb nədir? – VİDEO

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

"Yorğunam, bir az yatım, keçər” deyənlərdənsiniz?!

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Qadınlar, yoxsa kişilər daha tez AŞİQ OLUR?

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

Konqoda Ebola xəstələri xəstəxanadan qaçırlar – Ac qaldıqlarına görə...

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

İyun 5 BÜRC üçün ən xoşbəxt ay olacaq

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Starmer yaxın günlərdə istefa verə bilər - Times

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

Bacısı Ronaldonun komanda yoldaşlarını sərt TƏNQİD ETDİ: “Nankorlar...”

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

İngiltərədə iki qatar toqquşdu: Yaralananlar var - VİDEO

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

BMT kürsüsündən mühüm BƏYANAT: Azərbaycan yardım alan ölkədən donor ölkəyə çevrilib

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

Trampdan Kubaya xəbərdarlıq: Venesueladakı ssenari təkrarlana bilər

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

"Qayalı" marketdə biabırçılıq: Xarab məhsulu zibil qutusuna atıb, məsuliyyətdən qaçmaq istədilər! - VİDEO

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

30 manat verməməyə görə evinizi itirə bilərsiniz - Açıqlama

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

Norveçdə azərbaycanlılar üçün səyyar konsulluq xidməti - FOTO

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

BMT Təhlükəsizlik Şurası Ukraynaya görə toplaşır

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Kəlbəcərdə kişi tüfənglə özünü yaraladı

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Bu, Ukraynadakı münaqişənin qarşısını ala bilərdi - Tramp

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Azərbaycanda yumurtanın qiyməti 1 qəpiyə düşdü: Səbəb nədir?

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Əməkdar artist makiyajsız halını paylaşdı - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

Qırğızstanlı qadının Bakıda çəkdiyi video marağa səbəb oldu - VİDEO

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

İstanbulda metro qatarının niyə relsdən çıxdığı MƏLUM OLDU

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

DÇ-2026: ABŞ - Avstraliya oyunu başladı - VİDEO

End of content

No more pages to load

RADİO