Bu gün Xəzərda batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 1 halda məntəqədən kənarda (ən yaxınlıqdakı məntəqədən 1 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Bizim.Media