Azərbaycanda ipək xalçalar toxunacaq - FOTO

"Azərbaycan xalçası" brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan addımların davamı olaraq “Azərxalça” ASC ilə “Azəripək” MMC arasında əməkdaşlıq haqqında anlaşma Memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərxalça"dan məlumat verilib.

Sənədi “Azərxalça”-nın İdarə Heyətinin sədri Emin Məmmədov və “Azəripək”in direktoru Zaur Yaqubov imzalayıb.

Mərasimdə E.Məmmədov Azərbaycan xalçaçılıq sənəti, bu sahəyə dövlətin diqqət və qayğısı, yaxın gələcək üçün nəzərdə tutulan əsaslı dəyişikliklər və planlardan danışıb. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması xalçaçılığa göstərilən yüksək diqqət və qayğının göstəricisidir:

“Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir. Dövlət Proqramında xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir”.

İdarə Heyətinin sədri əlavə edib ki, milli mədəniyyətin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban Əliyeva da xalçaçılıq sənətinin yaşadılmasına dəyərli töhfələrini verir.

O deyib ki, xarici bazara yalnız milli naxışlı klassik xalçalar deyil, müasir və fərqli düşüncəli həm yerli, həm də xarici gənc xalçaçı rəssamlarla hazırlanan və müasir bazarın istəklərinə uyğun xalçaların çıxarılması istiqamətində işlər aparılmalı və uğurla qurulan əməkdaşlıqlar bu yolda inkişafa aparan ən doğru hədəfdir.

“Azəripək” MMC-nin direktoru Zaur Yaqubov hər iki qurumun yerli ipəkçiliyin inkişafı sahəsində fəal əlaqələr yaratmasından, bu əlaqələri inkişaf etdirməsindən və Memorandumdan irəli gələn sahələrdə uğurlu əməkdaşlıq qurmasından razı qaldığını bildirib.

Memoranduma əsasən, bundan sonra xalçaların toxunmasında istifadə ediləcək ipək ipliyini “Azərxalça” ASC “Azəripək” MMC-dən satın alacaq, istehsal edilən məmulatların satışına dəstək sahəsində əməkdaşlıq olunacaq, yun və ipək ipliyinin istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılacaq.

Xatırladaq ki, buna qədər “Azərxalça” ASC ipək xalçalar istehsal etməyib. Bundan sonra “Azəripək” MMC-dən əldə olunan ipək ipliklə yeni və eksperimental xalçaların toxunmasında istifadə olunacaq. Toxunan bütün növ xalçalar ən qısa zamanda yerli bazarla yanaşı dünya bazarına da çıxarılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin Kazanda Hakan Fidanla görüşdü

Putin Kazanda Hakan Fidanla görüşdü

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

“Real” “Barselona” ilə bağlı UEFA-ya müraciət etdi

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bu gün avtobuslarda ödəniş zamanı yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Gəncədə su üstündə DAVA: Qonşular bir-birini xəstəxanalıq etdi

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Trampın İranla bağlı bəyanatları: “Saziş 60 gün ərzində əldə olunmasa...”

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Vatikan kardinalı Şəkinin qədim abidələrini ziyarət edib - FOTO

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Konqoda Eboladan ölənlərin sayı yüksəldi – Qonşu ölkələr üçün RİSK VAR

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Toy etmək istəyənlərin diqqətinə - Bu tarixdən BAHALAŞMA OLACAQ

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

Tramp: "İranla razılaşmasaydıq, illərlə bomba yağdırmalı olacaqdıq"

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

“Şəfa” daha bir futbolçu ilə müqaviləni uzatdı

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Bakı metrosunda həyəcan: Eskalator qəfil dayandı və azyaşlı...

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Direktordan sonra müavini də İŞDƏN ÇIXDI

Rusiyada Hakan Fidana fəxri ad verildi

Rusiyada Hakan Fidana fəxri ad verildi

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

Tramp ən çox nüvə silahına sahib ölkəni AÇIQLADI

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

“Beşiktaş”ın Avropa Liqasındakı rəqibi bəlli oldu

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi – FOTO

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qəbul imtahanında 12 nəfərin nəticəsi ləğv olundu

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

Xatirə geyimi ilə diqqət çəkdi - VİDEO

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

DÇ-2026: Portuqaliya-Konqo oyunun start heyətləri bəlli oldu

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Ceyhun Bayramov Koreya nümayəndə heyətini qəbul etdi – Nələr müzakirə edildi? - FOTO

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

Bakıda sürücü sükan arxasında dünyasını dəyişdi

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

II və III ixtisas qrupu üzrə ən yüksək nəticəni cəmi bir nəfər TOPLADI

End of content

No more pages to load

RADİO