Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 52 m² olan mənzilin sanitar qovşağının şaxtasına yığılan taxta tullantıları 0,1 m² sahədə yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yüksək temperaturdan sanitar qovşağının lambirindən ibarət tavanı 2 m² sahədə və şaxtadan keçən su xətti əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media