“Kraudfandinq haqqında” qanun layihəsi hazırlandı – DETALLAR

“Kraudfandinq haqqında” yeni qanun layihəsi hazırlanıb.

Bizim.Media xəbər verir ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi Azərbaycanda səhm və borc əsaslı kraudfandinqin həyata keçirilməsinin hüquqi, təşkilati və iqtisadi əsaslarını, kraudfandinq platforması operatorunun fəaliyyətinə dair tələbləri, habelə onların fəaliyyəti üzərində dövlət tənzimləməsi və nəzarəti məsələlərini tənzimləyəcək.
 

Qanunun məqsədi iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir.


Layihəyə əsasən, kraudfandinq platformalarını idarə edən operatorlar Mərkəzi Bankın reyestrinə daxil edilməli olacaq. Müraciətlərə 90 gün ərzində baxılacaq, sənədlərdə çatışmazlıq olduqda isə onların aradan qaldırılması tələb ediləcək. Platformaların texniki təhlükəsizlik standartlarına uyğunluğu da yoxlanılacaq.

Operatorun nizamnamə kapitalı və məcmu kapitalı Mərkəzi Bankın müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Mərkəzi Bank tərəfindən  müəyyən ediləcək.

Operatorun adında “kraudfandinq platformasının operatoru” sözləri olmalıdır. Operatorun adında “dövlət”, “milli”, “mərkəzi”, “hökumət”, “zəmanətli” və ya “sığortalı” sözlərindən istifadə edilməsinə yol verilməyəcək. Operatorun adı cəlb edilən pul vəsaitlərinin təminatlı  olması, habelə investorların məruz qala biləcəyi risklər haqqında yanlış təəssürat yarada biləcək digər sözləri özündə əks etdirməməlidir.

Yeni qaydalara görə operatorlar platformada fəaliyyətləri, maliyyə göstəriciləri, xidmət haqları, layihələr və mümkün risklər barədə investorları tam məlumatlandırmalı olacaq.

Maraqlar münaqişəsinin qarşısının alınması üçün operatorların və onlarla əlaqəli şəxslərin öz platformalarında yerləşdirilən layihələrə sahib olması məhdudlaşdırılacaq. Qanun layihəsi investorların qorunmasına da xüsusi diqqət ayırır. İnvestorların vəsaitlərinin ayrıca uçotu aparılacaq, müəyyən hallarda isə toplanmış pulların geri qaytarılması təmin ediləcək. Layihə sahibləri təqdim etdikləri məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyacaq. Yeni sistem çərçivəsində səhm və borc əsaslı kraudfandinq mexanizmləri tətbiq ediləcək.
 

Şirkətlər platformalar vasitəsilə səhm və istiqraz buraxaraq maliyyə cəlb edə biləcəklər. İnvestisiyalar üçün limitlər və kampaniyaların keçirilməsi qaydaları Mərkəzi Bank tərəfindən müəyyən ediləcək.


Mərkəzi Bank kraudfandinq bazarına nəzarət edən əsas qurum olacaq. Qanun pozuntuları aşkarlandıqda platformaların fəaliyyəti dayandırıla, operatorlar reyestrdən çıxarıla bilər.

Qanun dərc edildikdən 6 ay sonra qüvvəyə minəcək.

Məlumat üçün qeyd edək ki, kraudfandinq (ingiliscə crowdfunding) — bir layihə, biznes, məhsul və ya sosial təşəbbüs üçün çox sayda insanın kiçik məbləğlərlə maliyyə dəstəyi göstərməsi üsuludur.  

Burada layihə müəllifi bankdan və ya böyük investordan pul almaq əvəzinə, layihə sahibi internet platformaları vasitəsilə minlərlə insandan vəsait toplayır.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

End of content

No more pages to load

RADİO