İşğaldan azad edilən Dövlətyarlı kəndində hazırda hansı işlər görülür? - FOTO

Füzuli rayonunun Dövlətyarlı kəndində aparılan bərpa və yenidənqurma işləri son sürətlə davam edir. Layihə ümumilikdə 323 hektar ərazini əhatə edir və iki mərhələdə icra olunur.

Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi deyib.

Onun sözlərinə görə, birinci mərhələ 137 hektarlıq ərazidə 450 fərdi yaşayış evinin inşası nəzərdə tutulur:

“Evlər 2, 3, 4 və 5 otaqlı variantlarda tikilir. Ümumi yaşayış sahəsi isə təxminən 40 min kvadratmetr təşkil edir”.

Leyla Sərabi qeyd edib ki, kəndin sosial infrastrukturu da paralel şəkildə qurulur:

“360 şagird yerlik tam orta məktəb, 120 yerlik uşaq bağçası, həkim məntəqəsi, eləcə də inzibati və çoxfunksiyalı bina tikilir. Bununla yanaşı, məktəb və bağçalar üçün qazanxana sistemi, transformatorlar və digər mühəndis qurğuların da quraşdırılması nəzərdə tutulur.
 

Birinci mərhələdə bütün əsas kommunal xətlər də çəkilir. 15,6 km daxili yol, 42 km-lik 35 kV elektrik xətti, 45 km 0.4 kV elektrik xətti, 74 km rabitə xətti, 15,6 km su təchizatı, 17.8 km qaz xətləri və 12,7 km kanalizasiya sistemi artıq layihəyə daxildir.


İkinci mərhələdə isə 186 hektar ərazidə 269 fərdi yaşayış evi tikiləcək ki, bununla da kənddə evlərin cəmi sayı iki mərhələ birlikdə 719 olacaqdır. Bu mərhələdə ictimai və ticarət binaları, idman-sağlamlıq mərkəzi, bazar, fəvvarə və avtomobil texniki xidmət məntəqəsi kimi obyektlər də planlaşdırılıb. Gələcəkdə çoxmənzilli binalar və ictimai iaşə sahələri də bu ərazidə yaradılacaq”.

Sözçü əlavə edib ki, bu layihə Füzuli rayonunun müasir infrastruktur konsepsiyasına tam uyğun şəkildə, “ağıllı kənd” prinsipləri ilə həyata keçirilir:

“Məqsəd həm müasir yaşayış şəraiti yaratmaq, həm də bölgənin sosial-iqtisadi canlanmasını təmin etməkdir”.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Misir prezidenti 2030-cu ildə postunu tərk edəcəyini açıqlayıb

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 17 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Füzulinin daha iki kəndinə sakinlər qayıdır

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

Ağciyər xərçəngindən əməliyyat olunan Roma Papası ilk dəfə ictimaiyyət qarşısına çıxacaq

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

BTS bir ildə Spotify-da 10 milyard dinlənmə rekordu qıran ilk qrup olub

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

Beynəlxalq forumda Azərbaycanın dini tolerantlıq modeli təqdim edildi – FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

6 yaşlı qızının istismarında ittiham olunan “Qurana Hizmet” Vəqfinin rəhbəri BƏRAƏT ALDI - FOTO

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Əvvəl 2026 deyirdi, indi 2031-ci ildən danışır... – Paşinyanın SÜLH PARADOKSU

Bakıda keçirilən NATO təlimi başa çatıb – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatıb – FOTO/VİDEO

Taylandda qeyri-adi vegetarian festivalı keçirilir - FOTOLAR

Taylandda qeyri-adi vegetarian festivalı keçirilir - FOTOLAR

Danimarkada robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Danimarkada robotlar supermarketlərdə gecə növbəsinə hazırlaşır

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Hakan Fidan Bağdadda İƏT-in iclasına qatılacaq

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

İzzət Bağırov ailəsi ilə istirahətdə - FOTO

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Gənc qız saxta qonşunun zəngindən sonra YOXA çıxıb - FOTO

Zabrat-Maştağa yolu bağlandı - VİDEO

Zabrat-Maştağa yolu bağlandı - VİDEO

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Hindistanda içində zəvvarların olduğu avtobus aşıb - Ölən və yaralananlar var

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Polietilen torbalar bahalaşdı, istifadəsi azalmadı - Alternativlər niyə yoxdur?

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Türkiyəli tələbələr Ermənistanda təhsil alacaq

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik - Hərəkət dəyişəcək

End of content

No more pages to load

RADİO