ATXƏM sədri: “Türk Dövlətləri Təşkilatı hazırda regional aktordan qlobal aktora çevrilməkdədir”

“Son onilliklərdə qlobal nizamın dayaqları olan BMT, BMT Təhlükəsizlik Şurası, ÜTT və digər beynəlxalq təşkilatların effektivliyinin sual altına düşməsi bu dövrdə yeni yaranan regional təşkilatların güc mərkəzlərinə çevrilmək, qlobal nizamsızlığa fayda verə bilmək imkanlarını artırıb. Bu kimi təşkilatlar sırasında Türk Dvlətləri Təşkilatının da özünəməxsus yeri və rolu var.

2009-cu ildə Türk Şurası kimi qurulmuş, 2021-ci ildə isə rəsmi olaraq Türk Dövlətləri Təşkilatı adını almış bu qurum hazırda regional aktordan qlobal aktora çevrilməkdədir. Bakıda keçirilən "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans da məhz bunun əyani sübutudur”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” ictimai birliyinin (ATXƏM) sədri İlham İsmayılov səsləndirib.

Təşkilatın məqsədləri arasında ortaq tarix və mədəniyyətin qorunması ilə yanaşı, siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və texnologiya sahələrində əməkdaşlıq da dayanır. Bu isə təşkilatı yalnız mədəni deyil, həm də strateji və siyasi platformaya çevirir.

İctimai birlik sədri qeyd edib ki, TDT üzv ölkələrin Avrasiya məkanında mühüm strateji mövqedə yerləşməsi onun nəinki regional, eləcə də qlobal aktor kimi oyunçuya çevirir. İlham İsmayılovun sözlərinə görə, TDT-nin əsas üzv ölkələri üzərindən keçən Orta Dəhlizin Çin ilə Avropa arasında alternativ ticarət və enerji yolu rolunu oynaması təşkilatın nə dərəcədə qlobal əhəmiyyətli bir qurum olduğunu göstərir:

“Bundan başqa Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələr zəngin enerji ehtiyatlarına malikdir. Bu resursların dünya bazarına çıxarılmasında TDT üzvləri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. TANAP, TAP və Bakı-Tbilisi-Ceyhan kimi layihələr məhz bu əməkdaşlığın nəticəsidir”.

ATXƏM sədri deyib ki, TDT-nin gələcəkdə qlobal güc mərkəzləri arasında balans rolunu oynaması mümkündür:

“Zəngəzur dəhlizi, Orta Dəhliz, ortaq iqtisadi layihələr, enerji təhlükəsizliyi əməkdaşlığı, rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlıq, təşkilatın beynəlxalq səviyyədə daha nüfuzlu aktora çevrilməsinə imkan verə bilər”.

Azərbaycanın TDT-dəki rolu, mövqeyinə toxunan İlham İsmayılov, “Azərbaycan, Türk Dövlətləri Təşkilatında (TDT) həm coğrafi, həm siyasi, həm də iqtisadi baxımdan strateji rol oynayır. Bu rol son illərdə daha da artmışdır, xüsusilə 2020-ci ildən sonra – II Qarabağ müharibəsindəki qələbə, enerji siyasətindəki uğurlar və geosiyasi dinamikanın dəyişməsi ilə əlaqədar olaraq
Azərbaycanın təşkilatdakı rolu özünü daha qabarıq şəkildə göstərir.

İlk növbədə, Azərbaycan Qafqazda yerləşərək Avrasiya nəqliyyat dəhlizlərinin kəsişməsində duran bir dövlətdir. Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) – Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə strateji tranzit ölkədir.

Zəngəzur dəhlizi layihəsi həyata keçərsə, Türk dünyasını birləşdirən quru bağlantı mümkün olacaq. Bu, TDT-nin fiziki birliyin təmin olunmasında ciddi mərhələ sayılır. Bütün bunlaru Azərbaycanın həm Qərblə, həm də Türk dövlətləri ilə münasibətlərində vasitəçi və əlaqələndirici rolunu artırır”,-deyə vurğulayıb.

ATXƏM sədri bütün bunların təməlində, Azərbaycanın TDT-də fəal aktor rolu oynamasında dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin dayandığını söyləyib.

İlham İsmayılov qeyd edib ki, Prezident İlham Əliyev TDT çərçivəsində vahid türk mövqeyinin formalaşması, enerji və nəqliyyat birliyi, ortaq media, mədəniyyət və təhsil institutlarının yaradılması kimi təşəbbüslərlə çıxış edir:

“Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Avropa strukturlarında aktivliyi yüksəlib. Bu da Türk dünyasının beynəlxalq səviyyədə təmsil olunmasında faydalıdır. Eyni zamanda II Qarabağ müharibəsindən sonra Azərbaycan hərbi sahədə təcrübə və imkanlarını artırıb ki, bu da öz növbəsində Türk dövlətləri üçün də model ola bilər. TDT daxilində ortaq müdafiə və təhlükəsizlik mexanizmləri müzakirə olunarsa, Azərbaycanın hərbi təcrübəsi və modernləşdirilmiş ordusu burada mühüm rol oynaya bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada etirazçılar “Louis Vuitton” mağazasını DAĞIDIBLAR - VİDEO

Fransada etirazçılar “Louis Vuitton” mağazasını DAĞIDIBLAR - VİDEO

Pakistanla Əfqanıstan arasında silahlı toqquşma: Ölənlər var

Pakistanla Əfqanıstan arasında silahlı toqquşma: Ölənlər var

“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov

“Neftçi” rəqibinə öz oyununu göstərməyə imkan vermir” - Qurban Qurbanov

Uzun və sağlam yaşamaq istəyirsinizdə hər gün bu məhsulu yeyin - ARAŞDIRMA

Uzun və sağlam yaşamaq istəyirsinizdə hər gün bu məhsulu yeyin - ARAŞDIRMA

Naftalanda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Naftalanda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

Qara dəniz üzərində GƏRGİNLİK: Rumıniya iki dronu vurdu

Qara dəniz üzərində GƏRGİNLİK: Rumıniya iki dronu vurdu

“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə TƏQDİM OLUNDU

“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə TƏQDİM OLUNDU

Zelenski: “Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq”

Zelenski: “Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq”

Almaniya kansleri də hakerlərin HƏDƏFİNDƏ – Siyasətçilərə məktublar göndərildi

Almaniya kansleri də hakerlərin HƏDƏFİNDƏ – Siyasətçilərə məktublar göndərildi

Maskın yeni PLANI: Uçan maşın şüurlu olacaq

Maskın yeni PLANI: Uçan maşın şüurlu olacaq

Azərbaycan derbisində heç-heçə - VİDEO

Azərbaycan derbisində heç-heçə - VİDEO

Avropa rusiyalılara qapılarını bağlamağa hazırlaşır? - Viza qadağası təklif edildi

Avropa rusiyalılara qapılarını bağlamağa hazırlaşır? - Viza qadağası təklif edildi

"Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır?" - VİDEO

"Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır?" - VİDEO

Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Gəncə Kukla Teatrının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Gəncə Kukla Teatrının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Zelenski Belarusdan Ukraynaya hücum təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

Zelenski Belarusdan Ukraynaya hücum təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

Nərimanın komandasından növbəti QƏLƏBƏ

Nərimanın komandasından növbəti QƏLƏBƏ

13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

Həkimləri söydü, ustanı bıçaqladı - Ağstafa bazarını bir-birinə qatan TUTULDU

Həkimləri söydü, ustanı bıçaqladı - Ağstafa bazarını bir-birinə qatan TUTULDU

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

“Qalatasaray” son dəqiqə qolu ilə qələbə QAZANDI

“Qalatasaray” son dəqiqə qolu ilə qələbə QAZANDI

End of content

No more pages to load

RADİO