Yeni mədəni müharibə: Milli kimliyimiz rəqəmsal cəbhədə necə qorunur?

Müasir dövrümüzdə informasiya yalnız texniki resurs deyil o həm də dəyərlərin ötürücüsü, kimliyin daşıyıcısı və ictimai münasibətlərin əsas strukturudur. Xüsusilə Azərbaycan kimi zəngin tarixi və mədəni irsə sahib ölkələrdə, media informasiya aləti olmaqdan daha artıq ideoloji, siyasi və mənəvi suverenliyin müstəvisinə çevrilmişdir. Bu baxımdan, milli dəyərlərin qorunması ilə media strategiyalarının ahəngdar şəkildə qurulması, təkcə mədəni siyasətin deyil, ümumilikdə milli təhlükəsizliyin ayrılmaz hissəsidir.

Milli dəyərlər anlayışı çox vaxt keçmişin konservasiyası kimi dəyərləndirilir: tarix, adət-ənənə, dini ayinlər, ailə münasibətləri və folklor. Halbuki bu dəyərlər cəmiyyətin özünüdərkinin, kimlik yaddaşının və gələcəyə inşa etdiyi mədəni məkanın özəyidir. Azərbaycanda bu dəyərlər yalnız tarixi keçmişdən qaynaqlanmır. Onlar Qarabağ Zəfəri ilə tamamlanan bir mərhələdə yenidən ideoloji və simvolik gücə çevrilib. Hər bir şəhidin xatirəsi, hər bir qədim torpağın azad olunması bu dəyərlərə həyat verir.

Burada əsas məsələ bu dəyərləri yalnız yaşatmaq yox, müasir gəncliyə və gələcək nəsillərə necə ötürməkdir. Məhz bu nöqtədə media  xüsusilə də rəqəmsal media əsas silaha çevrilir. Çünki bu günün informasiya qəbulu ənənəvi ailə və məktəb mühitindən daha çox sosial şəbəkələr və onlayn platformalar vasitəsilə baş verir.

Azərbaycan mediasının qarşısında duran əsas çağırışlardan biri budur: təqdim etdiyi məzmun milli kimliyi qoruyurmu, yoxsa yadlaşdırırmı?

Media təkcə informasiya yaymır, həm də ictimai şüuru formalaşdırır, gənclərin qəhrəman obrazını, ailə modelini, qadın və kişi rollarını müəyyənləşdirir. Əgər bu məzmun milli dəyərlərlə uzlaşmırsa, informasiya hərbi silahdan daha təhlükəli nəticə doğura bilər.

Bu səbəbdən, media strategiyası yalnız peşəkar jurnalistika standartlarını deyil, ideoloji məsuliyyəti də əhatə etməlidir. Məsələn, Qarabağ zəfərinin mediada təqdimatı, yalnız hərbi uğur kimi yox, həm də milli ruhun dirçəlişi, vətən sevgisinin ifadəsi, ümummilli həmrəyliyin simvolu kimi təqdim olunmalıdır. Bu isə dövlət tərəfindən planlaşdırılan və dəstəklənən strateji media proqramları ilə mümkündür.

Gənc nəsil artıq televiziyadan çox, TikTok, İnstagram, YouTube kimi platformalarda zaman keçirir. Ona görə də milli dəyərlərin təbliği sırf təmtəraqlı bayram reportajları və rəsmi çıxışlarla həyata keçə bilməz. Qısametrajlı videolar, vizual kampaniyalar, sosial media trendlərinə uyğunlaşmış kontent milli dəyərləri müasir üslubda çatdırmağın açarıdır.

Media məzmunu hazırlanarkən, cəlbedici forma ilə dərin məzmunun balansı qorunmalıdır. Vətənpərvərlik mövzusunda hazırlanmış bir video estetik və emosional baxımdan zəngin olmadıqca, o gəncin qavrayışında “propaganda” kimi qarşılanacaq. Media mütəxəssisləri psixoloji manipulyasiyanı öz əleyhinə yox, xalqın mənafeyi üçün istifadə etməyi öyrənməlidirlər.

MEDİA və mediamız

Azərbaycan, xüsusilə də post-Qarabağ dövründə daha sistemli informasiya hücumlarına məruz qalır. Bu hücumlar hərbi xarakter daşımır – ideoloji və simvolik müstəvidə baş verir. Tarixi faktların təhrif edilməsi, milli liderlərin nüfuzuna xələl gətirən kampaniyalar, Azərbaycanın beynəlxalq imicinə yönəlmiş “soft power” yəni yumşaq güc təsirləri hər gün yeni formatda qarşımıza çıxır.

Buna qarşı reaktiv yox, proaktiv yanaşma tələb olunur. Azərbaycan media qurumları, sosial platformalar və analitik mərkəzlər ideoloji təxribatları vaxtında aşkarlayan və dərhal cavab verən struktur halına gəlməlidir. Burada həm yerli jurnalistlərin, həm də gənc “media könüllülərinin” hazırlığı ön plana çıxır. Dövlət bu sahədə həm təlimlər, həm də maddi və texniki dəstək vasitəsilə milli informasiya təhlükəsizliyini təşkil etməlidir.

Yazının əvvəlində dediyimiz kimi, müasir media strategiyası yalnız texnologiya üzərində qurula bilməz. Onun əsas sütunu insan resursudur – jurnalist, bloqqer, kontent yaradıcısı və analitik. Bu şəxslərin hamısı dəyərlər sisteminə bağlı olmalı, ölkənin ideoloji suverenliyinin məsuliyyətini daşımalıdır.

kiber 1

Bu məqsədlə, peşəkar təlim proqramları, medianın vətənpərvərlik istiqamətində rolu üzrə seminarlar, simpoziumlar və media etikası kursları təşkil olunmalıdır. “Söz azadlığı” anlayışı ilə “milli maraqlar” arasındakı zərif tarazlıq hər bir jurnalist üçün öyrədilməlidir.

Milli dəyərlərin qorunması təkcə mədəni və mənəvi məsələ deyil, ideoloji müstəqillik məsələsidir. Bu dəyərlər qorunmadıqca, heç bir informasiya neytral deyil  hər biri ya kimliyi möhkəmləndirir, ya da zəiflədir. Azərbaycanda bu məsələyə verilən yeni diqqət layihələrin dəstəklənməsi, məqalə müsabiqələri, tematik təlimlər və strateji yanaşma doğru istiqamətdə mühüm addımlardır.

Ancaq bu proses uzunmüddətli və davamlı olmalıdır. Bu, bir dəfəlik kampaniya yox, mədəni müqavimət strategiyası kimi dərk edilməlidir. Media yalnız informasiyanın deyil, həm də kimliyin daşıyıcısıdır. O kimliyi yaşatmaq üçün media özü də milli ruhla yaşamalıdır.

Məqalə Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə adlı layihə çərçivəsində dərc olunub.

Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil sürənlərin DİQQƏTİNƏ!

Avtomobil sürənlərin DİQQƏTİNƏ!

İrana müharibədə nə qədər ziyan dəyib? – QİYMƏTLƏNDİRMƏ

İrana müharibədə nə qədər ziyan dəyib? – QİYMƏTLƏNDİRMƏ

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Anar Demet Akalının ad günündən paylaşım etdi - FOTO/VİDEO

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

Dəhşətli HADİSƏ: Ruhlar kişiyə cinsi orqanını kəsməyə məcbur etdi

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

İspaniya QƏRAR verdi: NATO-dan çıxmaq istəyir

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

“Qüdrət” illər sonra “Məhəllə”nin çəkildiyi hotelə GETDİ: “Çox kədərlənirəm…” - VİDEO

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

3 saat işıq olmayacaq – İKİ KÜÇƏDƏ

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulduğu GÜNDÜR

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Nazirlikdə yoxlama: Kimlərə artıq pullar ödənilib?

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Prezident müdafiə sənayesindən DANIŞDI: “Böyük sayda ölkələrə ixrac edirik”

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

Vaşinqtondan İsrailə: ATƏŞKƏS daha 1 həftə davam edəcək

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

"Azərbaycandakı qədər hakimliyin müzakirə edildiyi ikinci ölkə görməmişəm..."

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Pərvin villasının görüntülərini PAYLAŞDI - VİDEO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Astara sakini olan hamilə qadın Bakıda vəfat edib - FOTO

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Birinci Liqa: “Şəfa”, “Cəbrayıl” və “Mingəçevir” qalib gəldi

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Canlı musiqinin beynə təsiri: zəkanın geriləməsini yavaşladır

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

Yağışın psixikaya MƏNFİ TƏSİRİ məlum olub

“Çelsi” baş məşqçini istefaya göndərdi

“Çelsi” baş məşqçini istefaya göndərdi

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qriqoryan: Bakı ilə sülhə yaxınlaşmışıq

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Qurban Qurbanov mübahisəli penaltidən DANIŞDI: “Ona görə hakimin üzərinə getdilər” - VİDEO

Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Mübahisəyə səbəb olan həmin PENALTİ epizodu – VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

Məktəblidən şok etiraf: "Bufetdəki yeməkdən zəhərlənmişik" - VİDEO

End of content

No more pages to load

RADİO