Sürücülərin DİQQƏTİNƏ! Koroğlu Rəhimov küçəsində hərəkət belə təşkil ediləcək – VİDEO

Nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə AYNA tərəfindən Bakının Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

AYNA-dan Bizim.Media-ya məlumata görə, dəyişikliklərə əsasən, Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski küçəsi ilə kəsişməsindən Həsən Əliyev küçəsi ilə kəsişməsinədək olan hissədə birtərəfli hərəkət təmin ediləcək.
 

Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərdə tutulub. Bununla da yolun funksionallığı artırılacaq. Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyədönmə yerləri təşkil olunacaq.


Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən “Gənclik” metrostansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə – Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geridönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər.

Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından – əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər.

Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək.

Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.

Atatürk prospektindən Əlövsət Əbdülrəhimov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri Həsən Əliyev küçəsi ilə metronun “Gənclik” stansiyası istiqamətində getmək istədikdə parkın yanından birbaşa birinci döngədən istifadə etməli olacaqlar.

Əlövsət Əbdülrəhimov küçəsindəki parkın sonunda, Koroğlu Rəhimov küçəsinə olan ikinci döngə nəqliyyat vasitələrinin qarşıda, Həsən Əliyev küçəsi ilə kəsişmədə yalnız sola – metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət etmələrini təmin edəcək.

Sürücülərin dəyişiklikləri rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq.

Piyadaların təhlükəsizliyi üçün Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində işıqforla tənzimlənən piyada keçidləri təşkil olunacaq.

Daha bir dəyişikliyə əsasən, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsində əlavə hərəkət zolağı təşkil olunmaqla bu istiqamətdə 3 hərəkət zolağı təmin ediləcək. Əks istiqamətdə isə zolaqların sayı dəyişməz olaraq qalacaq.

Qeyd edək ki, layihə Bakının “rəqəmsal əkiz”i üzərində simulyasiya edilərək hazırlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Zelenski Trampı qəzəbləndirməmək üçün NATO sammitində ÇIXIŞ ETMƏYƏCƏK

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Qəbul imtahanının nəticələri bu tarixdə elan ediləcək

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Rüşvətdə günahlandırılan vəzifəli şəxslər yenidən azadlığa buraxıldı

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

Oğuza istirahətə gedən kişi VƏFAT ETDİ

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

“Cennet Mahallesi”nin “Ethem”i vəfat etdi – FOTO

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Paytaxt sakinlərinin NƏZƏRİNƏ! İki rayonunda işıq olmayacaq

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

Paşinyan seçkilərdən sonra ilk xarici səfərini bu ölkəyə etdi

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

DÇ-nin mərkəzi görüşü: Portuqaliya İspaniyaya qarşı

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Zaqatalada iki avtomobil toqquşdu: 1 ölü, 1 yaralı var

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Qobustanda ağır qəza: Ölən və xəsarət alanlar var - VİDEO

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Neymar Braziliya millisindəki karyerasını başa vurdu

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Ev almaq istəyənlərin nəzərinə – Bu sənədi yoxlamadan “beh” verməyin!

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Səhər saatlarında Hövsanda ağır qəza: XƏSARƏT ALAN VAR – FOTO/VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Braziliya millisində 40 ilin antirekordu

Braziliya millisində 40 ilin antirekordu

Xanəndə Pərviz Qasımov dünya çempionu oldu – FOTO

Xanəndə Pərviz Qasımov dünya çempionu oldu – FOTO

Avropadakı şiddətli istilər Azərbaycana gəlir? – VİDEO

Avropadakı şiddətli istilər Azərbaycana gəlir? – VİDEO

Gilasın bilmədiyiniz zərəri...

Gilasın bilmədiyiniz zərəri...

DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib

DÇ-2026: 1/4 finalın ilk iki cütü müəyyənləşib

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK

Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK

Bu həftə üç BÜRC üçün qızıl dağlar vəd edildi

Bu həftə üç BÜRC üçün qızıl dağlar vəd edildi

End of content

No more pages to load

RADİO